12 dekabr 2011 16:47
Mirbağır İsayev: Bütün bunlar mətbuatın uydurmasıdı
“Kəpəz”in baş məşqçisi Mirbağır İsayev komandanın ona yaxın üzvünü qovması barədə xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mənim komandadan bu qədər futbolçunu uzaqlaşdıracağıma dair informasiyalar həqiqətə uyğun deyil. Bütün bunlar hamısı mətbuatın uydurmasıdı. Belə bir şey yoxdu”.
