12 dekabr 2011 17:00
Şahdağdan penalti feyr-pleyi (VİDEO)
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan birinci divizionunun son turunun “Şahdağ” – “Şəmkir” matçında maraqlı olay yaşanıb. Azerisport.az xəbər verir ki, Qusar klubunun futbolçusu qonaqların qapısına təyin olunan penaltini bilərəkdən kənara vurub.
Buna isə görüşün baş hakimi Anar Niyazovun təyin etdiyi penaltinin mübahisəli olması səbəb göstərilir. Şövkət Orduxanov adına şəhər stadionunda baş tutan görüşün 90+2-ci dəqiqəsində verilən qərar hətta meydan sahiblərini də bu penaltini dəqiq vurmamağa məcbur edib. Belə ki, Vaqif Güləliyev həmin cərimə zərbəsini bilərəkdən qapının üstündən vurub. Amma aşağıdakı videodan da göründüyü kimi, o, özünü guya penaltini vura bilməməsinə həqiqətən təəssüflənirmiş kimi aparır.
Qeyd edək ki, bu qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundakı yeganə qolu isə 41-ci dəqiqədə Kamran Məmmədov vurub.
Həmin penalti anı ilə sizi də tanış edirik:
