12 dekabr 2011 17:22
“Vaqif Cavadovu yığmaya qaytarmaq lazımdı”
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun Rusiyanın “Volqa” klubunda çıxış edən hücumçu Vaqif Cavadova dəvət göndərməməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Foqts son müsahibəsində deyib ki, Vaqifi yığmaya çağırmayacaq. Etiraf edim ki, bunu oxumaq mənə pis təsir etdi. Düşünmürəm ki, Vaqif yığmadan uzaqlaşdırılacaq səviyyədə nəsə etmişdi. Cavadov ölkənin ən yaxşı futbolçularından biridi. Hər oyunda da çalışırdı. Ondan bu şəkildə imtina etmək olmaz. Fikrimcə, onu komandaya qaytarmaq lazımdı”.