12 dekabr 2011 17:31
Turan - Qəbələ matçı Şəmkirdə keçiriləcək
Məlum olduğu kimi, İntizam Komitəsinin qərarına əsasən “Turan” klubu növbəti iki ev oyununu neytral meydanda keçirməlidi. Azerisport.az xəbər verir ki, artıq “Turan” klubu PFL-ə məktub ünvanlayaraq növbəti ev oyununun keçirilmə yeri kimi Şəmkir Olimpiya Kompleksinin meydanını göstərib.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Məlumatda bildirilir ki, yuxarıda göstərilənləri, “Turan” klubu ilə Şəmkir Olimpiya Kompleksinin rəhbərliyi arasında əldə edilmiş razılaşmanı və eləcə də təhlükəsizliyin yüksək səviyyədə təmin olunacağı barədə hər iki tərəfin təminat məktubunu nəzərə alaraq PFL prezidenti Ramin Musayev də Premyer Liqanın 17-ci turunun “Turan” – “Qəbələ” matçının 15 dekabr 2011-ci il tarixində Şəmkir Olimpiya Kompleksinin meydanında keçirilməsi barədə əmr imzalayıb.
