12 dekabr 2011 17:56
Maksim Medvedev: XL azarkeşsiz daha soyuqqanlı idi
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev azerisport.az saytına müsahibəsində Premyer Liqanın son turundakı “Xəzər Lənkəran”la oyundan (0:0), azarkeşsiz arenada oynamalarından, eləcə də millidəki çıxışından danışıb.
- “Xəzər Lənkəran”la səfər oyunu sizin üçün nə dərəcədə əhəmiyyətli oyun idi?
- Lənkərana qələbə üçün getmişdik. Komandanın qarşısına bu rəqibi məğlub etmək hədəfi qoyulmuşdu. Amma biz buna nail ola bilmədik. Birinci hissədə üstünlük bizim tərəfimizdə idi. Sadəcə, həmin üstünlüyü qol çevirə bilmədik. Amma bütövlükdə götürsək, hesab elə oyuna görə oldu. Heç kim deyə bilməz ki, iki xal itirdik.

- Azarkeşsiz oynamaq necə idi?
- Şəxsən mənim üçün 10 000 azarkeşlə boş tribunalar qarşısında oynamağın heç bir fərqi yoxdu. Stadionda sakitlik idi. Amma buna baxmayaraq, matç baxımlı alındı.

- Yəni, azarkeşlərin yoxluğu rəqibinizin də oyununa təsirsiz ötüşmədi?
- “Xəzər Lənkəran” azarkeşsiz daha soyuqqanlı oynayırdı. Axı fanatlarının gözü qarşısında çıxış edəndə onlar müəyyən təzyiq də hiss edirlər.

- Növbəti turda sizi “Rəvan”la oyun gözləyir...
- “Rəvan”ı zəif komanda adlandıranları başa düşmürəm. Siz birinci dövrədəki oyunu yada salın. Onlar xüsusilə hücumlarda çox təhlükəli olurlar. Buna görə də onlarla oyunumuzda problemlə üzləşməyimiz istisna deyil.
- İli turnir cədvəlinin mümkün qədər üst pillələrində bitirmək sizin üçün çox vacibdi?
- Bu ilki son oyunlarımız “Rəvan” və “Qəbələ”yə qarşıdı. Hər ikisi çox ciddi rəqibdi. Əlbəttə, biz altı xal qazanmağı düşünürü. Çünki bu xallar bizim üçün ilk altılığa düşmək baxımından çox vacibdi. Hələ medallar uğrunda mübarizədən danışmıram.
- Klubuzunun sizi yığmanın son toplanışına buraxmaması əsas komandamızdakı gələcək taleyinizə təsir göstərə bilər?
- Son dövrlər Berti Foqts məni yığmaya çağırmırdı. Bu dəfə də klub rəhbərliyi çətin oyunlar ərəfəsində belə qərar qəbul etdi. Əgər Foqts məni iş başında görmək istəyirsə, onu çempionatdakı oyunlarımızı izləməklə də edə bilər.