12 dekabr 2011 18:05
Qurbanov yenə əməliyyat olundu
“Sumqayıt Şəhər” Peşəkar Futbol Klubunun hücumçusu Ruslan Qurbanov Türkiyənin paytaxtı Ankara şəhərində dizindən əməliyyat olunub. Azerisport.az xəbər verir ki, bu barədə Sumqayıt klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, futbolçunun yanvarın ilk həftəsindən etibarən məşqlərə başlayacağı gözlənilir. Xatırladaq ki, Qurbanov bir müddət öncə də əməliyyat olunmuşdu.
