12 dekabr 2011 18:41
Qəbələ - Barcelona əməkdaşlığı başladı
Azərbaycanın "Qəbələ" və İspaniyanın "Barcelona" klubları arasında əməkdaşlığa start verilib. Azerisport.az xəbər verir ki, iki klub arasında imzalanan müqaviləyə daxil olunan məsələlərdən ilkinin reallaşdırılmasına bu gün başlanılıb.
İspaniya təmsilçisinin məşqçiləri - Xosep Moratalla, Xavyer Aquado Kompanis və Karlos Martorell Qəbələdə seminarların keçirilməsinə start veriblər. "Barcelona"nın sabiq futbolçusu, UEFA-nın Pro kateqoriyalı məşqçisi Xosep Moratalla başçılığı ilə təşkil olunan seminarda "Qəbələ" Futbol Akademiyasının, əvəzedici heyətinin məşqçiləri və seleksiyaçı məşqçilər iştirak edirlər.
Gündəlik iki hissədən ibarət olan seminarda 10 gün ərzində yerli məşqçilərə nəzəri və praktiki məşqlər keçiləcək. Günün ilk yarısında məşqçilərə nəzəri bilgilər veriləcək. Günün ikinci yarısında isə ispaniyalı mütəxəssislər bu bilgilərin praktiki olaraq həyata keçirilməsi sirlərini məşqçilərimizə aşılayacaq.
Qeyd edək ki, seminarda yerli məşqçilərə yalnız "Barcelona"nın məşq və oyun üslubu barədə məlumatlar veriləcək. Digər hər hansı bir klubun təcrübəsindən istifadə olunmayacaq.
