12 dekabr 2011 11:18

Slavço Georgiyevski: İnterdən də revanş almaq istəyirik

“Neftçi”nin yarımmüdafiəçisi Slavço Georgiyevski Premyer Liqanın 16-cı turunun AZAL-la oyunundan (7:1) sonra azerisport.az saytına müsahibə verib.
 
- Çox az adam sizin revanşınızın bu qədər ağır olacağını gözləyərdi...
- Biz sadəcə göstərdik ki, əsl çempionuq. Bir qələbəyə görə o qədər də çox sevinməyə dəymir. Qoy bunu rəqiblərimiz yaxşı başa düşsün. Gördüyünüz kimi, belə də olur. “Xəzər Lənkəran”la revanş matçımızın necə alındığı yadınızdadı? Bu da AZAL üzərində revanşımız idi.
 
- Belə istək nə ilə bağlıdı?
- İndi artıq hamı çempiona hörmət edir, başa düşür ki, bu klub Azərbaycanın ən güclüsüdü. “Neftçi”ni bir dəfə udan komanda çempion olmur. Bütün rəqibləri yenmək lazımdı. Necə ki, biz bunu bacarırıq.
 
- Oyun barədə nə deyərdiz?
- Nə demək olar? İki komanda arasında böyük fərq var idi. Bax buna görə də belə nəticə qeydə alındı. Bu, təsadüf deyildi. “Neftçi”ylə oynayan komandalar ilk növbədə müdafiəni düşünməlidilər.
 
- Bu, sizin üçün “Neftçi”nin heyətindəki ən böyük hesablı qələbədi...
- Bəli. Buna görə çox şadam. Yaxşı ki, belə qələbədə mənim də qolum var.
 
- Adətən, belə qələbələr komandaları psixoloji cəhətdən dəyişdirir...
- Şübhəsiz ki, bu, əlavə əminlik gətirir. Belə bir uğuru təkrarlamaq üçün yeni motivasiya yaradır. İndi bizim düşüncəmizdəki yeganə fikir yenidən Premyer Liqanın qalibi olmaqdı.
 
- Amma qarşıda sizi ən yaxın izləyicinizlə oyun gözləyir...
- Daha bir revanş almaq şansımız var. Axı “İnter”ə də birinci dövrədə uduzmuşduq. Həm də ilin sonuna kimi üstünlüyümüzü daha da möhkəmləndirməliyik. Əgər “İnter”lə “Kəpəz”i yenməyi bacarsaq, ciddi xal ehtiyatımız yaranacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.