12 dekabr 2011 12:02
Qarabağ tam heyətlə hazırlaşır
“Qarabağ” yenidən məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, şənbə günü Lənkəranda yerli komandayla qarşılaşan Ağdam klubu dünən istirahət etmişdi.
Bu gündən isə komanda Premyer Liqanın 17-ci turunda qarşılaşacağı “Rəvan”la oyunun hazırlıqlarına start verir. “Qarabağ”ın günə tək məşqi nəzərdə tutulub. Yeganə çalışma 14:00-da Suraxanı qəsəbə stadionunda nəzərdə tutulub. “Qarabağ”da zədəli futbolçuların olmaması üzləri güldürür. Belədə bakılılarla oyunöncəsi hazırlıqlar tam heyətlə baş tutacaq.
Komanda dekabrın 14-nə kimi hazırlıqlarını Bakıda davam etdirəcək. Ardından isə Ağdama yollanacaq. Dekabrın 16-da baş tutacaq oyuna qədər Quzanlı olimpiya mərkəzinin stadionunda məşq keçəcək.
