13 dekabr 2011 13:01
AFFA-dan Nadir Qasımova 5 oyunluq cəza!
Bu gün AFFA İntizam Komitəsinin yeni iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının 16-cı turunun, eləcə də birinci divizionun 14-cü turunun oyunlarında baş verən olaylarla bağlı aşağıdakə qərarlar çıxarılıb.
Əvəzedicilərin çempionatının son turunun “Neftçi” – AZAL matçının 47-ci dəqiqəsində AZAL-ın futbolçusu Orxan Səfiyaroğlu simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
Birinci divizionun 14-cü turunun “Şuşa” – “Qaradağ Lökbatan” matçının 75-ci dəqiqəsində “Şuşa”nın baş məşqçisi Nadir Qasımov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
“Lokomotiv” – MOİK matçının 56-cı dəqiqəsində MOİK-in futbolçusu Vüqar Əsgərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Muğan” – “Göyəzən” matçının 22-ci dəqiqəsində “Muğan”ın futbolçusu Rüstəm Babazarov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
“Şahdağ” – “Şəmkir” matçının 90+3-cü dəqiqəsində “Şəmkir” klubunun baş məşqçisi Anar Kələntərov texniki zona qaydalarını pozduğuna görə 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
