13 dekabr 2011 13:17
Neftçi derbi oyununun hazırlığına başladı
"Neftçi" futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turunda "İnter" klubu ilə keçirəcəyi oyununun hazırlığına başlayıb. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün klubun bazasındakı meydançada məşq edib.
“Flaqman” hazırlığı sabah davam etdirəcək.
Qeyd edək ki, dekabrın 17-də "Şəfa" stadionunda keçiriləcək "İnter" – "Neftçi" matçı saat 17:00-da başlanacaq.
