13 dekabr 2011 13:34

Lənkəranda və Tovuzda növbəti qalmaqal!

Son dövrlər qalmaqallardan başı açılmayan “Turan” və Tovuz futbolu, eləcə də Lənkəran daha bir qalmaqalın mərkəzinə düşüb. Azerisport.az xəbər verir ki, bu dəfəki qalmaqal U-17 Liqanın oyunu zamanı baş verib.
 
Belə ki, 15 noyabr 2011-ci il tarixdə baş tutan U-17 Liqanın “Turan” – AZAL matçının 68-ci dəqiqəsində AZAL-ın futbolçusu Elvin Kazımzadə əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bu futbolçu 1 oyunluq cəzalanıb.
 
Lakin hər şey bu oyun bitəndən sonra başlayıb. Oyun başa çatdıqdan sonra stadionun direktoru Yusif Cəfərov AZAL-ın futbolçusu Elməddin Hüseynzadəyə yaxınlaşaraq ona zərbə endirib. Bu səbəbdən həmin şəxs 12 oyunluq cəzalanıb. Bu hadisədən sonra hər iki klubun futbolçuları arasında insident baş verib və AZAL klubunun futbolçularına azarkeşlər tərəfindən hücum edilib.
 
Yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA adıçəkilən yarışlarda təhlükəsizliyə ciddi nəzarət olunmasını və təhlükəsizlik təbbirlərini gücləndirməyi tələb edib. Analoji hadisənin təkrarlanacağı təqdirdə “Turan” klubuna qarşı daha ciddi sanksiyalar tətbiq ediləcəyi bəyan olunur.
 
5 dekabr 2011-ci il tarixdə keçirilməli olan “Kəpəz” – “Turan” matçında isə Tovuz klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Daha bir qalmaqal Lənkəranda baş verib. 4 dekabr 2011-ci il tarixdə baş tutan U-14 Liqanın “Masallı” – “Xəzər Lənkəran” matçı başa çatdıqdan sonra “Xəzər Lənkəran”ın məşqçisi Məhərrəm Bağırzadə hakimləri təhqir etdiyi üçün məşqçi 5 oyunluq cəzalanıb. Oyun başa çatdıqdan sonra azarkeşlərdən biri yan xətt hakimi Orxan Səfiyevə yaxınlaşaraq ona zərbə endirib. Bu səbəbdən də yarışları keçirən departament və Regional Futbol Federasiyasından oyunlarda təhlükəsizliyə ciddi nəzarət etmək və təhlükəsizlik tədbirlərini gücləndirmək tələb olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.