13 dekabr 2011 13:57

Tovuzda hakimləri döyənlərin istintaqı davam edir

Premyer Liqanın 15-ci turunun “Turan” və “Qarabağ” arasında dekabrın 4-də keçirilmiş qarşılaşmasından sonra hakimlər briqadasının döyülməsi faktı ilə bağlı istintaq yaxın 15 gün ərzində başa çatacaq. Azerisport.az xəbər verir ki, araşdırma müddəti kimi 3 ay təyin olunsa da, prosesin mümkün qədər tez yekunlaşdırılması nəzərdə tutulub.
 
Şübhəli qismində saxlanılan Habil Aslanov ifadəsində hakimlər otağına daha 3 şəxslə birgə pəncərədən daxil olduğunu bildirib. Amma istintaq bunu inandırıcı saymır. Digər şəxslər içəridə duraraq qapıdan içəri heç kimin girməsinə imkan verməyiblər. Aslanov isə hakimləri döyərkən, onlara stəkanla da xəsarət yetirib. O, ifadəsində “Turan”ın vitse-prezidenti Nail Nurəddinoğlunun cangüdəni olmadığını, hakimləri “qeyri-obyektiv oyun idarə etdikləri üçün” vurduğunu deyib.
 
Habil Aslanova qarşı 2 aylıq həbs qətimkan tədbiri seçilib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Bu maddəyə əsasən, 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulub. Digər şəxslər isə zaminə buraxılıblar. Lakin onlar yenidən istintaq prosesinə cəlb olunacaqlar.
 
Yaxın vaxtlarda zərərçəkmiş və cavabdeh tərəflər arasında üzləşdirmə olacaq. Hələlik zərərçəkmiş tərəf – baş hakim Rauf Cabbarov və yan xətt hakimi Coşqun Həsənov barışdırıcı mövqedə olduqlarını bildirməyiblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.