13 dekabr 2011 02:03
Danışılmış oyunlarda şübhəli bilinənlər azadlığa buraxıldılar
Türkiyədə oyun alverində ittiham olunaraq saxlanılan bəzi şəxslər azadlığa buraxılıb. Azerisport.az xəbər verir ki, İstanbul 16-cı Ağır Cəza Məhkəməsi ötən gün yeni qəbul olunan qanun layihəsini əsas tutaraq onları azadlığa buraxıb.
Azaldığa buraxılanlar arasında "Beşiktaş"ın baş məşqçisi Tayfur Havutçu, vitse-prezidenti Serdar Adalı, klub rəsmisi Ahmet Ateş, "Diyarbəkirspor"un prezidenti Abdurrahman Yakut, "Eskişehirspor"un sabiq idman direktoru Ümit Karan, futbolçular - İbrahim Akın, İskender Alın və Korcan Çelikay da var.
Məhkəmə "Fenerbahçe" prezidenti Aziz Yıldırımın azadlığa buraxılması ilə bağlı müraciəti rədd edib.
Bundan əlavə oyun alqı-satısı ilə bağlı aparılan istintaqın şübhəlilər siyahısına salınan 28 nəfər barədə qərar dəyişdirilib. Həmin şəxslərin stadionlara girişinə qoyulan qadağa aradan qaldırılıb.
Stadionu giriş yasağı ləğv olunanlar arasında Sercan Yıldırım, İbrahim Akın, Ümit Karan, Tayfur Havutçu, Emanuel Emenike, İskender Alın, Vederson, Sezer Öztürk, Serdar Kulbilge, Murat Şahin, Hikmet Karaman, Mahmut Boz, Zafer Önder İpek və başqalarının adı var.
Aziz Yıldırım, Göksel Gümüşdağ, Sadri Şener, Şekip Mosturoğlu, İlhan Ekşioğlu, Mecnun Odyakmaz, Serdar Adalı və Sami Dinçin aralarında olduğu 36 nəfərlə bağlı isə eyni qərar qəbul olunmayıb. Onlara qoyulan qadağa qüvvədə saxlanılıb.
