13 dekabr 2011 15:14
Yığmamız üçün daha bir seleksiya xarakterli toplanış
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, toplanış dekabrın 22-dən 30-a qədər davam edəcək və Bakı şəhərində baş tutacaq. Toplanışa dəvət olunmuş futbolçuların siyahısı isə yaxın günlərdə açıqlanacaq.
