13 dekabr 2011 16:00

“Yaxşı stadionlar olmasa, Azərbaycan futbolu inkişaf etməyəcək”

Boş vaxtının əksər hissəsini jurnalistlərə müsahibə verməklə keçirən Uinston Parksın bir neçə saatını da “Toplu Bakı” alıb. Azerisport.az xəbər verir ki, çılğın xarakteri və gözəl oyununa görə minlərlə insanın sevimlisinə çevrilən Parks söhbətə uşaqlığından başlayıb, “Bakı” dakı məqsədlərini açıqlamaqla bitirib.
 
Adı, soyadı: Uinston Parks Tifet
Doğum tarixi: 12 oktyabr 1981
Boy və çəki: 184 sm 80 kq
Mövqeyi: hücumçu
Forma nömrəsi: 36
Karyerası:  “Limonense” (1999-2001), “Udeneze” (2001-2002), “Ascoli” (2002 icarə), “Lokomotiv Moskva” (2002-2006), “Saturn” (2005 icarə) “Slovan” (2006-2007), “Alayuelense” (2007-2008), “Timişoara” (2008-2011), “Xəzər Lənkəran” (2010-2011 icarə), “Bakı” (2011-...)
Bəyəndiyi klub: “Barselona”
Bəyəndiyi futbolçu: Leonil Messi
Bəyəndiyi avto marka: Honda
Bəyəndiyi parfüm: Happy Clinic
Bəyəndiyi musiqi janrı: Reggi 
 
Limonlu oğlan 
 
Kosta Rika Mərkəzi Amerikada kiçik bir ölkədir. Mən doğulduğum şəhər isə ölkənin cənub şərqində, daha çox qaradərililərin üstünlük təşkil etdiyi bölgədə kiçik Limon şəhəridir. Şəhər Atlantik okeanı sahilində yerləşir. Ailəmiz böyük olub. Atam isə demək olar, bizə baxmayıb. O yerli dəmir yol stansiyasında mexanik işləyirdi. Anam isə evdar qadın olub.  Bizi demək olar  anam və ana nənəm saxlayıb. Buna baxmayaraq, uşaqlığım elə də çətin keçməyib. Heç nədən korluq çəkməmişik.
 
Böyük qardaşlarımla 10 yaşımdan küçələrdə futbol oynamağa başlamışam. Onlar futbol dərnəyində məşqə gedəndə  məni də özləri ilə birgə aparırdılar. Balaca olsam da, onlarla bir yerdə oynayırdım. Məşqçilərin gözü məni tutmuşdu. Tezliklə məni şəhəri təmsil “Limondense”yə götürdülər. Oradan da yeniyetmələrdən ibarət milliyə çağrıldım. 15 yaşım vardı. Burda ölkənin başqa şəhərlərinə gedər, turnirlərdə şəhəri təmsil edərdik. Yaxşı qaçdığım üçün məni “qırxayaq” həşəratına bənzədirdilər.  
 
Mundiallar
 
Gənclərdən ibarət milli  komandanın heyətində iki Dünya çempionatında iştirak etmişəm. 1999-cu ildə Nigeriyada, 2001-ci ildə isə Argentinadakı final mərhələlərində çıxış etmişəm. Sonuncu turnirdə 4 qol vurub ən yaxşı snayperlərin sırasına düşdüm. Buna görə də İtaliyanın “Udeneze” klubu  mənimlə müqavilə bağladı. Bu klubun əsas məqsədi məni hazırlayıb böyük klublardan birinə satmaq idi. Orada əsasən, əvəzedici heyətdə oynadığım üçün burda qalmaq istəmədim. Klub rəhbərliyindən xahiş etdim ki, məni icarəyə versinlər. Bir mövsüm “Askoli”də keçirsəm də, orada da möhkəmlənə bilmədim. Həmin vaxt milli komandamız Dünya Çempionatına vəsiqə qazanmışdı. Baş məşqçi turnirə məni də apardı. İki oyunda meydana çıxdım. Türkiyəyə vurduğum qoldan sonra diqqət mərkəzinə düşdüm. Bundan sonra “Udeneze” məni Moskva “Lokomotiv”inə satdı. Rusiyadan sonra bir ara Çexiyada oynayıb Kosta Rikaya qayıtdım. Avropaya ikinci gəlişim 2008-ci ildə baş tutdu. Rumıniya “Timişoara” sına ardından Azərbaycana – “Xəzər Lənkəran”a gəldim. Bu gün isə “Bakı”nın futbolçusuyam.
 
Kosta Rikanın bütün yaş qrupları üzrə milli komandalarında oynamışam. Milli komandanın heyətində ən yaddaqalan oyunum – 2002-ci ildə Yaponiya və Koreyada keçirilən Dünya çempionatında, Türkiyəyə qarşı oyun oldu. Həmin qarşılaşmada mənim vurduğum qol komandamı məğlubiyyətdən qurtardı.  Oyunun ikinci hissəsində türklər bir qol vurub irəli çıxmışdılar. Həmin vaxt onların çox güclü heyəti vardı. Biz isə əzmkar oyunla onlara qalib gəlib növbəti mərhələyə çıxmaq istəyirdik. 86-cı dəqiqədə vurduğum qolu karyeram boyunca unutmayacağam. Həmin qolun vurulması epizoduna youtubda tez-tez baxıram.Təəssüf ki, komandamız bu oyunda qalib gəlmədi... 
 
Azərbaycan
 
Azərbaycan mənim karyerama yeni nəfəs gətirdi. Bura okeanın o tayına o qədər də tanış olmayan kiçik bir Avropa ölkəsidir. Əvvəllər Azərbaycanda oynadığımı deyəndə çoxları buranın harada olmasını bilmirdi. Rusiya, Türkiyə və İranın həmsərhəd olduğunu deyəndə tanıyırdılar. Sizin dünya miqyasında tanınan böyük qonşularınız var. Azərbaycanda gördüklərimdə sonra  inanıram ki, yaxın illərdə Azərbaycanı onlara görə yox, möhtəşəm, varlı bir ölkə olmasına görə tanıyacaqlar.
 
Premyer Liqa
 
Azərbaycan liqası gün-gündən güclənir. Burada yaxşı maliyyə dayaqları olan klublar var. Yaxın illərdə buraya daha adlı-sanlı futbolçuların gəlişini gözləmək olar. Bunun üçün hər bir klubun əla ot örtüklü meydançası və rahat bazasının olması mütləqdir. Təəssüf ki, regionların çoxunda meydançalar və infrastruktur bərbad vəziyyətdədi. Belə stadionları görəndə adam futbol oynadığına peşman olur. Futbolçu üçün ən vacibi yaxşı meydançadı. Belə olsa, biz daha həvəslə oynayar,  ustalığımızı artıra bilərik. Yaxşı stadionlar olmasa, Azərbaycan futbolunda inkişaf olmayacaq. 
 
“Bakı”
 
“Bakı” - Azərbaycan səviyyəsində ən böyük klubdur. Burada yaradılan şərait, maliyyə imkan verir ki klub daha ciddi uğurlar qazansın. Klubun uşaq və gənclər futbolu ilə bağlı strategiyası var. “Bakı”nın regionda tanınan bir kluba çevriləcəyinə inanıram. Bildiyimə görə yaxın illərdə burada 1000-ə yaxın futbolçu olacaq. Azərbaycanda futbolun gələcək inkişafı “Bakı” klubu ilə birbaşa bağlı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.