13 dekabr 2011 16:23
Sumqayıt Şəhərə Bakı ilə oyun öncəsi iki şad xəbər
Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Bakı” ilə səfərdə qarşılaşacaq “Sumqayıt Şəhər” hazırlığını “Dalğa Arena”da davam etdirir. Azerisport.az xəbər verir ki, zədəli olduğu üçün son turda “Kəpəz”lə qarşılaşmada iştirak etməyən Abdulla Abatsıyev və Murad Səttarlı artıq sağalıb.
Hər iki futbolçu bugünki məşqdə iştirak edib. Türkiyənin Ankara şəhərində dizindən əməliyyat olunan “Sumqayıt Şəhər”in hücumçusu Ruslan Qurbanovun isə yanvarın ilk həftəsindən məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, "Bakı" – "Sumqayıt Şəhər" oyunu dekabrın 15-də "Bakı" FK-nın təlim-məşq bazasının stadionunda keçiriləcək. Matç saat 14:00-da başlayacaq.
