16 dekabr 2011 01:57

Avropa Liqasında 24 xoşbəxtin adı müəyyənləşdi (YENİLƏNİB)

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, qrup mərhələsinin son turunun oyunları iki gün ərzində keçirilib.
 
İlk oyun günündə D, E, F, J, K və L qruplarındakı komandaların taleyinə aydınlıq gəlib. Bu qruplardakı oyunlar arasında azərbaycanlı futbolsevərləri daha çox qardaş Türkiyəni təmsil edən “Beşiktaş”ın “Stoke City” ilə görüşü maraqlandırırdı. “Qara qartal”ın növbəti mərhələyə adlaması üçün bu oyunda heç-heçə də yetərli olacaqdı. Amma uduzacağı halda, Kiyev “Dinamo”sunun xal itirməsi lazım gələcəkdi. Halbuki, qələbə qazanmaqla “Beşiktaş” qrupdan lider kimi də çıxa bilərdi. Türklər məhz bu çətin vəzifənin öhdəsindən gəlməyi bacarıblar. İlk yarını məğlub başa vuran "ağ-qaralar" fasilədən sonra 3 top vuraraq pley-offa lider kimi yüksəliblər. İngiltərə təmsilçisi isə qrup ikincisi kimi mərhələ adlayıb.
 
İlk oyun gününün digər sevinənlərinə gəlincə, D qrupundan "Sporting" və "Lazio", F qrupundan "Athletic"lə "Salzburg", J qrupundan "Schalke" və "Steaua", K qrupundan "Twente" və "Wisla", L qrupundan isə "Anderlecht"lə Moskva "Lokomotiv"i növbəti mərhələyə adlayan tərəf olub.
 
Qalan qruplardakı münasibətlərə isə son oyun günündə aydınlıq gəlib. A qrupunda PAOK-la "Rubin", B qrupunda "Standard"la "Hannover", B qrupunda PSV və "Legia" növbəti mərhələyə adlamanın sevincini yaşayıb. Qruplarında son ikinci yeri tutan bütün kollektivlər isə mübarizəni dayandırmalı olublar.
 
Avropa Liqası
14 dekabr
 
D qrupu
 
Lazio (İtaliya) – Sporting (Portuqaliya) - 2:0 (1:0)
Qollar: Kozak, 42, Skulli, 55.
 
Zurich (İsveçrə) – Vaslui (Rumıniya) - 2:0 (0:0)
Qollar: Margairaz, 62, Buff, 90.
 
Sporting 6 4 0 2 8 4 12
Lazio 6 2 3 1 7 5 9
Vaslui 6 1 3 2 5 8 6
Zurich 6 1 2 3 5 8 5
 
E qrupu
 
Beşiktaş (Türkiyə) - Stoke City (İngiltərə) - 3:1 (0:1)
Qollar: Fernandes, 59-pen, M.Pektemek, 74, Edu, 83 - Fuller, 29.
 
Dinamo (Kiyev, Ukrayna) - Maccabi (Təl-Əviv, İsrail) - 3:3 (2:0)
Qollar: Almeyda, 12, Qusev, 17; 80 - Vered, 49, Atar, 62, Dabur, 75.
 
Beşiktaş 6 4 0 2 13 7 12
Stoke City 6 3 2 1 10 7 11
Dynamo K 6 1 4 1 7 7 7
Maccabi T 6 0 2 4 8 17 2
 
F qrupu
 
PSG (Fransa) - Athletic (İspaniya) - 4:2 (2:1)
Qollar: Pastore, 21, Bodmer, 41, Peres, 85-öz qapısına, Hoarau, 90-pen. - Aurtenetxe, 3, Lopes, 56.
 
Slovan (Slovakiya) – Salzburg (Avstriya) - 2:3 (2:2)
Qollar: Laçni, 3; 6 - Yantscher, 19-pen, Leonardo, 24, Had, 52-öz qapısına.
 
Athletic 6 4 1 1 11 8 13
Salzburg 6 3 1 2 11 8 10
PSG 6 3 1 2 8 7 10
Slovan 6 0 1 5 4 11 1
 
J qrupu
 
Maccabi (Hayfa, İsrail) – Schalke (Almaniya) - 0:3 (0:1)
Qollar: Buljat, 7-öz qapısına, Marika, 84, Vyegel, 90+2.
 
Steaua (Rumıniya) - AEK (Larnaka, Kipr) - 3:1 (0:0)
Qollar: Rusescu, 55-pen, Nikoliç, 70; 85 - Pintado, 61.
 
Schalke 6 4 2 0 13 2 14
Steaua 6 2 2 2 9 11 8
Maccabi H 6 2 0 4 10 12 6
AEK L 6 1 2 3 4 11 5
 
K qrupu
 
Fulham (İngiltərə) – Odense (Danimarka) - 2:2 (2:0)
Qollar: Dempsi, 27, Frey, 31 - Andreasen, 64, Fall, 90.
 
Wisla (Polşa) - Twente (Hollandiya) - 2:1 (1:1)
Qollar: Qarqula, 12, Genkov, 46 - De Yonq, 39.
 
Twente 6 4 1 1 14 7 13
Wisla 6 3 0 3 8 13 9
Fulham 6 2 2 2 9 6 8
Odense 6 1 1 4 9 14 4
 
L qrupu
 
Anderlecht (Belçika) - Lokomotiv (Moskva, Rusiya) - 5:3 (2:1)
Qollar: Kljestan, 33, Matos, 39, Vasilevski, 57, Suares, 61, Gillet, 76 - İqnatyev, 21, Siçev, 69-pen; 89.

Sturm Graz (Avstriya) - AEK (Afina, Yunanıstan) - 1:3 (0:2)
Qollar: Kaynts, 59 - Manolas, 10, Burns, 43, Klonaridis, 77.
 
Anderlecht 6 6 0 0 18 5 18
Lokomotiv M 6 4 0 2 14 11 12
AEK A 6 1 0 5 8 15 3
Sturm Graz 6 1 0 5 5 14 3
 
15 dekabr
 
A qrupu
 
PAOK (Yunanıstan) - Rubin (Rusiya) - 1:1 (1:0)
Qollar: Vyeyrinha, 16-pen. - Valdes, 48.
 
Shamrock Rovers (İrlandiya) – Tottenham (İngiltərə) - 0:4 (0:3)
Qollar: Pinar, 29, Tounsend, 38, Defo, 45, Kane, 90.
 
PAOK 6 3 3 0 10 6 12
Rubin 6 3 2 1 11 5 11
Tottenham 6 3 1 2 9 4 10
Shamrock Rovers 6 0 0 6 4 19 0
 
B qrupu
 
Copenhagen (Danimarka) - Standard (Belçika) - 0:1 (0:1)
Qol: Batshuayi, 31.
 
Hannover (Almaniya) - Vorskla (Ukrayna) - 3:1 (2:1)
Qollar: Rauş, 25, Konan Ya, 33, Sobiex, 78 - Bezus, 45-pen.
 
Standard 6 4 2 0 9 1 14
Hannover 6 3 2 1 9 7 11
Copenhagen 6 1 2 3 5 9 5
Vorskla 6 0 2 4 4 10 2
 
C qrupu
 
Hapoel (Təl-Əviv, İsrail) – Legia (Polşa) - 2:0 (1:0)
Qollar: Toama, 33,  Yadin, 76.
 
PSV (Hollandiya) - Rapid (Rumıniya) - 2:1 (0:0)
Qollar: Manolev, 75, Matavs, 79 - Panku, 90.
 
PSV 6 5 1 0 13 5 16
Legia 6 3 0 3 7 9 9
Hapoel T 6 2 1 3 10 9 7
Rapid 6 1 0 5 5 12 3
 
G qrupu

Austria (Avstriya) - Malmo (İsveç) - 2:0 (0:0)
Qollar: Liendl, 62, Barazite, 80.
 
AZ Alkmaar (Hollandiya) - Metallist (Xarkov, Ukrayna) - 1:1 (1:1)
Qollar: Maher, 37 - Deviç, 36.
 
Metallist 6 4 2 0 15 6 14
AZ Alkmaar 6 1 5 0 10 7 8
Austria 6 2 2 2 10 11 8
Malmo 6 0 1 5 4 15 1
 
H qrupu
 
Birmingham City (İngiltərə) – Maribor (Sloveniya) - 1:0 (1:0)
Qol: Runi, 24.
 
Brugge (Belçika) – Braga (Portuqaliya) - 1:1 (0:0)
Qollar: Fleminks, 50 - Everton, 65.
 
Brugge 6 3 2 1 12 9 11
Braga 6 3 2 1 12 6 11
Birmingham City 6 3 1 2 8 8 10
Maribor 6 0 1 5 6 15 1
 
I qrupu
 
Atletico (İspaniya) – Rennes (Fransa) - 3:1 (2:0)
Qollar: Falkao, 39-pen, Dominqes, 43, Arda, 79 - Mandjek, 86.
 
Udinese (İtaliya) – Celtic (Şotlandiya) - 1:1 (1:1)
Qollar: Di Natale, 45+1 - Huper, 29.
 
Atletico 6 4 1 1 11 4 13
Udinese 6 2 3 1 6 7 9
Celtic 6 1 3 2 6 7 6
Rennes 6 0 3 3 5 10 3

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.