13 dekabr 2011 16:57
Spartak Emin Mahmudovdan imtina edir
Moskva "Spartak"ı həmyerlimiz Emin Mahmudovu icarəyə verir. Azerisport.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Valeri Karpin açıqlamasında bildirib.
Baş məşqçi heyətə düşməkdə çətinlik çəkən Emin Mahmudov, Jano Ananidze və Filip Ozobiçi icarəyə vermək isədiklərini deyib. Karpin sərfəli təklif alacaqları halda qış fasiləsində bu işi reallaşdıracaqlarını bildiib.
Qeyd edək ki, AFFA Emin Mahmudovu millizə cəlb etmək istəyir. Lakin futbolçu hələ qərarını verməyib.
