13 dekabr 2011 17:28
Fenerbahçe Emre Belözoğludan imtina etdi
Türkiyənin “Fenerbahçe” klubunun rəhbərliyi bu ölkənin əsas yığmasının da şərəfini qoruyan təcrübəli yarımmüdafiəçi Emre Belözoğludan imtina edib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyinin bu gün keçirilən iclasından sonra bu futbolçunun heyətdən uzaqlaşdırılmasına qərar verilib.
Qeyd edək ki, buna “Fenerbahçe”nin ötən gün keçirilən “Bursaspor”la səfər matçında (2:0) Emrenin komanda yoldaşı Kristian Baroni ilə öncə meydanda, daha sonra isə paltardəyişmə otağında yumruq davasına çıxması səbəb olub. Klub rəhbərliyi adətən belə çılğınlığı ilə gündəmə gələn Emreni bu dəfə sərt cəzalandırmaq qərarına gəlib.
Xatırladaq ki, 31 yaşlı futbolçu vaxtilə Gökhan Gönül ilə də oxşar problemlər yaşamışdı.
