13 dekabr 2011 17:54

Joze Alesio: Biz onlara revanş almağa imkan verməyəcəyik

Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio azerisport.az saytına müsahibəsində dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək 5-ci qrupunun oyunları öncəsi fikirlərini açıqlayıb. Hansı ki, millimiz bu qrupdan çıxmaq üçün Ukrayna, Makedoniya və Xorvariya ilə mübarizə aparacaq.
 
- Komanda qarşıdakı turnirə hazırdı?
- Hazırdı. Biz Rusiyada yaxşı toplanış keçirdik. Çünki bu qarşıdakı üç çətin qarşılaşma öncəsi çox vacib idi.
 
- Rəqiblərimizi öyrənə bilmisizmi?
- Mən rəqiblərimizin oyunlarına baxmışam və yenə bəzi videoyazıları izləməkdə davam edirəm. Hələ uşaqların özlərinə də göstərməyə hazırlaşıram. İlk növbədə xorvatları qeyd edərdim. Axı turniri məhz bu komandaya qarşı oyunla açacağıq. Onlar yaxşı hazırlıq keçiblər. Xorvatlar hətta yoldaşlıq oyununda İran kimi dünyanın ən güclü komandalarından birinə 4:1 hesabıyla qalib gəlmək də nəsib olub. Özü də növbəti ildə baş tutacaq Avropa çempionatının final mərhələsi məhz Xorvatiyada keçiriləcək. Buna görə də onlar çox ciddi komanda yarada biliblər.
 
- Makedoniya yığması barədə nə deyərdiz?
- Ukrayna və Xorvatiya ilə müqayisədə bu komanda bir qədər zəif görünür. Amma mən əminəm ki, onlar da mübarizəsiz heç kimə uduzmağa hazırlaşmırlar. Hazırda məni daha çox birinci oyun düşündürür. Çünki xorvatlarla qarşılaşma bizim üçün çox vacibdi.
 
- Azərbaycan yığması üçün əsas təhlükə hansı rəqibdəndi?
- Şübhəsiz ki, bunu Ukrayna yığmasından gözləmək lazımdı. Lakin xorvatları da unutmamaq lazımdı. Ukrayna ilə artıq müxtəlif görüşlərimiz olub. AÇ-2010-un 1/4 finalında biz onları məğlub etmişdik. Elə Bakıdakı beynəlxalq turnirdə də.
 
- Yəqin ki, bu üzdən onlarda revanş hissi də güclü olacaq...
- Bu, normaldı. Rəqibimiz ancaq revanş barədə düşünə bilər. Amma məni bütövlükə bu üç rəqibi keçmək daha çox düşündürür. Biz onlara revanş almağa imkan verməyəcəyik. Güman ki, son turdakı oyun həlledici xarakter daşıyacaq. Təbii ki, komandalardan hansısa ilk iki oyununda xal itirməsə.
 
- Biro Jadenin yoxluğu komandamıza təsir edəcək?
- Təəssüf ki, bəli. Bu, bizim üçün çox ciddi itkidi. O, komanda üçün meydanda məşqçi kimi idi. Təəssüf ki, mən onu Xorvatiyadakı Avropa çempionatında da görə bilməyəcəm.
 
- Yığmamızın bu seçmə mərhələdə qazanacağı nəticə yanvarda başlayacaq AÇ-2012-dəki çıxışımıza təsir göstərə bilər?
- Əlbəttə. İlk növbədə psixoloji planda. Avropa çempionatı bizim üçün çox vacibdi. Biz göstərməliyik ki, orda qazandığımız uğurlar təsadüfi deyilmiş.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.