13 dekabr 2011 18:06
Qalmaqallı oyunun keçirilmə yeri dəyişdirildi
Futbol üzrə Azərbaycan birinci divizionunun 9-cu turundan təxirə salınmış "Bakılı" - "Şahdağ" oyununun keçirilmə yeri də dəyişdirilib. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşma "Şəfa" stadionunun əsas meydançasında keçiriləcək.
Halbuki, öncədən bu görüşün “Şəfa” stadionunun 4-cü meydançasında keçiriləcəyi bildirilirdi. Xatırladaq ki, bu qarşılaşma o vaxt matç zamanı yaranan iğtişaşlar səbəbindən yarımçıq dayandırılmışdı. Lakin sabah bu görüşün yenidən keçirilməsi nəzərdə tutulub.
Birinci divizion
9-cu turun oyunu
14 dekabr (çərşənbə)
Bakılı - Şahdağ
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Elman Musayev, Hacıəli Ağayev
Hakim-inspektor: Gülağa Cabarov
Bakı. "Şəfa" stadionu. Saat 14:00
