13 dekabr 2011 18:24
AZAL–Simurq matçının başlama vaxtı dəyişdirildi
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının 17-ci turunun bir oyununun başlama saatı dəyişdirilib. Azerisport.az xəbər verir ki, AZAL - "Simurq" oyununun başlama vaxtı bir saat geri çəkilib.
Belə ki, “AZAL Arena” keçirilməli olan görüşün öncədən saat 13:00-da başlayacağı bildirilirdi. Lakin Peşəkar Futbol Liqasının yaydığı son məlumata görə, sözügedən qarşılaşma 14:00-də başlayacaq.
Əvəzedicilərin çempionatı
17-ci tur
15 dekabr (cümə axşamı)
AZAL - Simurq
Hakim-inspektor: Rəhman Tağıyev
Bakı. AZAL Arena. Saat 14:00
