13 dekabr 2011 11:27
Jaba: Bu komandalar əvvəllər mübarizəsiz uduzardılar
“Bakı”nın braziliyalı hücumçusu Jaba Premyer Liqanın 16-cı turunun “Rəvan”la oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Rəvan”la oyun yenə çətin alındı...
- Birinci hissədə bizim üstünlüyümüz var idi. Qol vurmağa borclu idik. Amma “Rəvan” ehtiyatlı oynayırdı. İkinci hissədə isə biz pis oynadıq. Üstünlük artıq rəqibin əlinə keçmişdi. Fikrimcə, matç elə qolsuz heç-heçə ilə də başa çatmalıydı. “Rəvan”ın da haqqını yeməmək lazımdı. Onlar yaxşı oynadılar. Bu komanda hər tur daha yaxşı oyun sərgiləməyə çalışır. Deməyim odu ki, “Bakı” pis oynamadı. Sadəcə, rəqibimiz yaxşı müdafiə olundu.
- Kubok oyununda da bu komandanı yalnız penaltilərlə yenə bilmişdiz...
- Səbəb demək olar ki, eynidi. Həmin oyunda şanslarımızdan yararlana bildik. Düzünü deyim ki, kubok oyunundakı qələbədən sonra bu komandanı çempionatda daha asanlıqla yenəcəyimizi düşünürdüm. Amma bu oyunda da qol vura bilmədik. Əminəm ki, növbəti dəfə şansımızdan maksimum yararlana biləcəyik.
- “Bakı”nın heyətində Parks, Verpakovski kimi hücumçular çıxış etsə də, komanda yenə qol vura bilmir...
- Rəqiblərə də hörmətlə yanaşmaq lazımdı. Mümkündü ki, “Rəvan” medallar uğrunda mübarizə aparmır. Amma onlar futbol oynamağı bacarırlar. Biz də qələbə qazanmaq istəyirdik. İlk 45 dəqiqədə yaxşı şanslarımız var idi. Futbolda həmişə qələbə qazanmaq da mümkünsüzdü.
- Siz bu oyunda nəhayət ki, əsas heyətdə meydana çıxıb, 90 dəqiqə meydanda oldunuz. Sizin artıq əsas heyətə tam döndüyünüzü demək olar?
- Bu, məni həqiqətən sevindirir. Dörd ay idi əsas heyətdə oynamırdım. Son dövrlər sonradan meydana çıxırdım. İndi isə bütün oyun boyu mənə güvənildi. Bu, öz üzərimdə çalışdığımın göstəricisidi. Düzdü, qol vura bilmədim. Amma növbəti oyunlarda mütləq rəqib qapılarına yol tapacam.

- Parks və Verpakovski ilə bir kompaniyada olmaq necədi?
- Belə rəqabət ancaq komandadakı ruhu gücləndirməyə xidmət edir. Atmosferə də yaxşı göstərir. Heyətimizdə hər bir oyunun taleyini təkbaşına həll edə biləcək xeyli oyunçu var. Amma təbii ki, onların hamısı eyni vaxtda meydana çıxa bilməz. Bu, normal bir şeydi.
- Dördüncü pillə “Bakı”nın çıxışına uyğundu?
- Biz çempionluq mübarizəmizi davam etdiririk. “Neftçi”dən səkkiz xal geri qalırıq. Nəticə var, qalır oyunumuzu yaxşılaşdırmaq. Həm də nəzərə almaq lazımdı ki, çempionat daha maraqlı olmağa başlayır. Əvvəllər ikinci altılıqda yer alan komandalar mübarizəsiz uduzardılar. Amma indi autsayderlər də liderlərlə bərabər oynayırlar.
- İlin sonuna kimi sizi daha iki oyun gözləyir. “Sumqayıt Şəhər” və “Xəzər Lənkəran”la oyunlardakı əsas hədəfiniz nədi?
- Bu iki oyundan altı xalla ayrılmağa borcluyuq. Ancaq bu, turnir cədvəlində irəliləməyimizə şərait yarada bilər. Çoxları elə hesab edir ki, “Sumqayıt Şəhər” gənc komandadı. Amma həmin gənclər son vaxtlar əla nəticələrə imza atmaqdadılar. Öncə sumqayıtlıları məğlub etməyə çalışmalıyıq. Daha sonra “Xəzər Lənkəran” haqda düşünərik.