14 dekabr 2011 00:20
İnter – Neftçi matçının hakimi açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci turun oyunlarına hakim təyinatları açıqlanıb. Azerisport.az növbəti turun hakimləri ilə sizi də tanış edir.
Qeyd edək ki, 17-ci turun oyunları üç günə keçiriləcək. İlk oyun günündə iki görüş baş tutacaq. "Bakı" "Sumqayıt Şəhər"i, "Turan" "Qəbələ"ni qəbul edəcək. Bakı və Sumqayıt klublarının duelini Vüsal Əliyev idarə edəcək. Şəmkirdəki görüş isə Elnur Muradova həvalə olunub.
İkinci oyun günündə 3 qarşılaşma baş tutmalıdı. AZAL "Simurq"la, "Qarabağ" "Rəvan"la, "Kəpəz" "Xəzər Lənkəran"la qarşılaşacaq. AZAL – “Simurq” qarşılaşmasına Anar Salmanov, “Qarabağ” – “Rəvan” matçına Fariz Yusifov təyinat alıb. Gəncədəki dueli isə Əliyar Ağayev idarə edəcək.
Hesabat turuna şənbə günü baş tutacaq 1 oyunla yekun vurulacaq. Turun mərkəzi oyununda "İnter" "Neftçi" ilə üz-üzə gələcək. Bu qarşılaşma isə Elçin Məmmədova həvalə edilib.
Bütövlükdə, növbəti turun proqramı aşağıdakı kimidi:
Premyer Liqa
17-ci tur
15 dekabr (cümə axşamı)
Bakı - Sumqayıt Şəhər
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Alik Yunusov.
Bakı. "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionu. Saat 14:00.
Turan - Qəbələ
Hakimlər: Elnur Muradov, Samir Hacıyev, Knyaz Əmiraslanov, Rasim Məmmədov.
Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00.
16 dekabr (cümə)
AZAL - Simurq
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Zeynal Zeynalov, Rəhim Həsənov.
Bakı. AZAL Arena. Saat 16:00
Qarabağ - Rəvan
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Coşqun Həsənov, Hacıəli Ağayev.
Quzanlı. Qəsəbə stadionu. Saat 14:00.
Kəpəz - Xəzər Lənkəran
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Rahil Ramazanov, Rövşən Əhmədov.
Gəncə. Şəhər stadionu. Saat 14:00.
17 dekabr (şənbə)
İnter - Neftçi
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Rza Məmmədov, İnqilab Məmmədov.
Bakı. "Şəfa" stadionu. Saat 17:00.
