13 dekabr 2011 11:45

Xəzər Lənkəran və Kəpəz hamıdan öndə

Futbol üzrə Azərbaycan Premyer Liqasında ötən həftə 16-cı tura yekun vuruldu. Azerisport.az xəbər verir ki, artıq cari çempionatın yarısı geridə qalıb.
 
Hazırda 34 xalı olan son çempion “Neftçi” turnir cədvəlinin lideridi. Ondan dörd xal geri qalan “İnter” ikinci, 29 xalı olan “Xəzər Lənkəran” isə üçüncü pillədə qərarlaşıb. 16-cı turda səfərdə “Simurq”a məğlub olan “Turan” və “Sumqayıt Şəhər” autsayderlər qrupunda yer alıblar.
 
Bombardirlər siyahısına 10 qol ilə Bahodir Nasimov  ("Neftçi") başçılıq edir. Rəqib qapılarına 7 dəfə yol tapan Robertas Poşkus ("Simurq") isə Bahodir Nasimovun ən yaxın izləyiciləridi. Uinston Parks ("Bakı") Flavinyo ("Neftçi") və Tales Şütz (AZAL) isə cari mövsümdə hərəyə 6 dəfə fərqləniblər.
 
Rəqib qapılarına 34 qol vuran “Neftçi” Premyer Liqanın ən məhsuldar hücum xəttinə sahibdi. Qapısından 8 top buraxan “İnter” isə çempionatın ən etibarlı müdafiə xətti isə “İnter”dədi - cari mövsümdə “bankirlər” qapısında 8 qol görüb ki, bunun da üçü “Bakı” ilə oyunda alınmış texniki məğlubiyyətin payına düşür.
 
Rəqib qapılarına cəmi 10 dəfə yol tapan “Turan” Premyer Liqanın ən az qol vuran komandasıdı. Qapısından 28 qol buraxan  “Kəpəz”in müdafiə xətti bu mövsüm zəif təsir bağışlayır. İndiyə qədər keçirilmiş 96 qarşılaşmada 221 qol qeydə alınıb. Xatırladaq ki, üçüncü turun “İnter”- “Bakı” qarşılaşması başa çatmadığından “İnter”ə texniki məğlubiyyət verilməsi nəticəsində “Bakı”nın aktivinə üç qol yazılıb. Azarkeşlər ən çox qol 16-cı turun oyunları çərçivəsində “Neftçi”-nin AZAL-a 7:1 hesabı ilə məğlub olduğu qarşılaşmada izləyiblər.
 
Azarkeşlərinin çoxluğu ilə öyünə bilən əyalət komandalarının oyunlarına marağın böyük olduğu statistikalardan da görünür. Belə ki, cari mövsümdə “Xəzər Lənkəran”ın oyunlarını 64 205, “Kəpəz”in oyunlarını isə 53 500 azarkeş canlı izləyib. Birinci dövrə ərzində ümumilikdə 232 250, orta hesabla isə hər tur 14 515 azarkeş oyunları stadiondan canlı izləyib. Bu da hər oyunda orta hesabla 2 419 azarkeş deməkdir. Ən çox azarkeş Premyer Liqanın 5-ci turunda - 36 950, ən az azarkeş isə 16-cı turda qeydə alınıb - 4 980.
 
16-cı turun “Xəzər Lənkəran” - “Qarabağ” qarşılaşması İntizam komitəsinin qərarına əsasən azarkeşsiz keçirilib.
 
Cari mövsümdə ən çox azarkeş toplayan qarşılaşma isə 5-ci turun “Kəpəz” - AZAL oyunudur - 15 000 azarkeş.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.