13 dekabr 2011 11:52
17-ci turun proqramı bəlli oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatında 17-ci turunun oyun cədvəli açıqlanıb. Azerisport.az növbəti turun proqramı ilə sizi də tanış edir.
Qeyd edək ki, 17-ci turun oyunları üç günə keçiriləcək. İlk oyun günündə iki görüş baş tutacaq. İkinci oyun günündə 3 qarşılaşma baş tutmalıdı. Hesabat turuna cümə günü baş tutacaq 1 oyunla yekun vurulacaq.
Bütövlükdə, növbəti turun proqramı aşağıdakı kimidi:
Əvəzedicilərin çempionatı
17-ci tur
14 dekabr (çərşənbə)
Bakı - Sumqayıt Şəhər
Bakı. "Bakı" futbol klubunun təlim-məşq bazasının süni örtüklü meydançası. Saat 14:00
Turan - Qəbələ
Qaraxanlı. Qəsəbə stadionu. Saat 14:00
15 dekabr (cümə axşamı)
Kəpəz - Xəzər Lənkəran
Gəncə. Şəhər stadionu. Saat 12:00
AZAL - Simurq
Bakı. AZAL Arena. Saat 13:00
Qarabağ - Rəvan
Bakı. "Şəfa" stadionu, IV meydança. Saat 14:00.
16 dekabr (cümə)
İnter - Neftçi
Bakı. "Şəfa" stadionu. Saat 13:00
