13 dekabr 2011 12:02
İnter – Neftçi matçının vaxtı açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci turunun oyun cədvəli açıqlanıb. Azerisport.az növbəti turun proqramı ilə sizi də tanış edir.
Qeyd edək ki, 17-ci turun oyunları üç günə keçiriləcək. İlk oyun günündə iki görüş baş tutacaq. "Bakı" "Sumqayıt Şəhər"i, "Turan" "Qəbələ"ni qəbul edəcək.
İkinci oyun günündə 3 qarşılaşma baş tutmalıdı. AZAL "Simurq", "Qarabağ" "Rəvan"la, "Kəpəz" "Xəzər Lənkəran"la qarşılaşacaq.
Hesabat turuna şənbə günü baş tutacaq 1 oyunla yekun vurulacaq. Turun mərkəzi oyununda "İnter" "Neftçi" ilə üz-üzə gələcək.
Bütövlükdə, növbəti turun proqramı aşağıdakı kimidi:
Premyer Liqa
17-ci tur
15 dekabr (cümə axşamı)
Bakı - Sumqayıt Şəhər
Bakı. "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionu. Saat 14:00
Turan - Qəbələ
Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00
16 dekabr (cümə)
Qarabağ - Rəvan
Quzanlı. Qəsəbə stadionu. Saat 14:00.
Kəpəz - Xəzər Lənkəran
Gəncə. Şəhər stadionu. Saat 14:00
AZAL - Simurq
Bakı. AZAL Arena. Saat 16:00
17 dekabr (şənbə)
İnter - Neftçi
Bakı. "Şəfa" stadionu. Saat 17:00.
