13 dekabr 2011 12:11
AFFA ilin ən yaxşı futbolçularını açıqlayacaq
AFFA futbol üzrə Azərbaycan millisinin üzvlərini mükafatlandıracaq. Azerisport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Artıq sözügedən mükafatlandırma mərasiminin keçirilmə yeri və tarixi də məlumdu. Belə ki, dekabrın 19-da İçərişəhərdə, Asəf Zeynallı küçəsi 22 (Kiçik Karvansaray) ünvanında yerləşən ART Garden restoranında 2011-ci ildə milli komandaların ən yaxşı oyunçularının mükafatlandırması mərasimi keçiriləcək. Tədbir saat 12:30-da başlayacaq.
