13 dekabr 2011 12:20
Fariz Yusifov birinci diviziona göndərildi
Futbol üzrə Azərbaycan birinci divizionunun 9-cu turundan təxirə salınmış "Bakılı" - "Şahdağ" oyununa hakim təyinatları açıqlanıb. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
Xatırladaq ki, bu qarşılaşma matç zamanı yaranan iğtişaşlar səbəbindən yarımçıq dayandırılmışdı. Lakin sabah bu görüşün yenidən keçirilməsi nəzərdə tutulub. Qarşılaşmanı FİFA referisi Fariz Yusifov idarə edəcək.
Birinci divizion
9-cu turun oyunu
14 dekabr (çərşənbə)
Bakılı - Şahdağ
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Elman Musayev, Hacıəli Ağayev
Hakim-inspektor: Gülağa Cabarov
Bakı. "Şəfa" stadionu, IV meydança. Saat 14:00.
