14 dekabr 2011 13:01
AZAL rəhbərliyi 1:7-yə görə cəza tətbiq etməyəcək
AZAL rəhbərliyi Premyer Liqanın 16-cı turunun “Neftçi” ilə oyunundakı məğlubiyyətə görə heç bir cəza tətbiq etməyəcək. Azerisport.az xəbər verir ki, paytaxt klubunun rəhbərliyi futbolçularını 1:7 hesablı yenilgiyə görə cəzalandırmağı lazım bilməyib.
Xatırladaq ki, sözügedən qarşılaşmada AZAL tarixinin ən böyük hesablı yenilgisi ilə üzləşmişdi. Lakin “təyyarəçilər”in başbilənləri görünür belə anda oyunçuları hansısa şəkildə cəzalandırmağı, cərimə etməyi uyğun hesab etməyib.
