14 dekabr 2011 13:37
Böyükağa Hacıyev: Mirça Rednikin istefasına üzüldüm
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 17-ci turunun “İnter”lə oyunu öncəsi azerisport.az saytının suallarını cavablayıb.
- AZAL üzərində 7:1 hesablı qələbəni gözləyirdiz?
- Bizim bu rəqiblə köhnə haqq-hesabımız var idi. Xatirinizdədirsə, birinci dövrədə onlara 1:3 hesabıyla uduzmuşduq. Bu oyun öncəsində də AZAL-ın futbolçuları bizi məğlub edəcəklərini deyirdilər. Mənim bu komandaya hörmətim var. Amma rəqibi yenmək üçün əlimizdən gələni etdik. Bizim üçün birinci pillədə möhkəmlənmək çox vacib idi. Ümumiyyətlə, indiki zamanda bizə hər oyunda qələbə qazanmaq çox vacibdi. Bəlkə də, çoxları hələ altılıq oyunlarının başlamadağını düşünür. Amma bu, belə deyil. Çünki indi qazanılan hər xal mövsümün sonunda bizim üçün çox lazımlı olacaq.

- Qarşıda sizi əsas izləyiciniz olan “İnter”lə duel gözləyir...
- İlin sonuna kimi bizim bundan başqa “Kəpəz”lə də oyunumuz var. Hər iki rəqibimiz güclüdü. “İnter” hazırda bizim əsas izləyicimizdi. “Kəpəz” də sürpriz edə bilər. Amma biz bu iki görüşdən altı xalla ayrılmaq istəyirik. İli qələbəylə başa vurmaq lazımdı.
- Amma “bankirlər” artıq uzun müddəti məğlubiyyət tanımır...
- Bəli, onlar çoxdandı uduzmurlar. Kaxaber Tsxadadzenin komandası sabit oyun göstərir. Onların oyunu başqa komandaların sərgilədiyi futboldan fərqlənir. “Neftçi”yə qarşı həmişə müdafiə futbolu oynayırlar. Qol vurub, bütün diqqəti müdafiəyə yönəldirlər və əks-hücumlara üstünlük verirlər. “İnter” səfərdə “Xəzər Lənkəran”a qalib gəlməklə bir daha göstərdi ki, güclü rəqibdi.
- “Neftçi” “İnter”i məğlub edə biləcək?
- Mən söz verə bilmərəm ki, çıxıb qələbə qazanacağıq. “Neftçi” öz oyununu göstərməli və qələbəyə layiq olduğunu göstərməlidi. “İnter” hazırkı oyununa rəğmən, keçilməz rəqib deyil. İndi revanş haqda da düşünməliyik. Ötən oyunda buraxılan səhvlərimizdən nəticə çıxarmalıyıq.

- Hazırlıqlar necə gedir?
- Zədəlimiz yoxdu. Hamı tam proqram üzrə məşq edir. Rəşad Abdullayevin də cəzası başa çatıb və heyətə dönüb.
- Fransanın “Rennes” klubuna gedən Araz Abdullayev komandaya qayıtdı. O da məşqlərdə iştirak edir?
- Bəli, o da komandayla birgə hazırlaşır. Araz çox perspektivli futbolçudu. “Simurq”la oyundan sonra o, Fransaya yollanmışdı. Özü də həmin oyunda Araz çox yaxşı çıxış etdi, iki qol vurdu. Vaxtında gəlsəydi, AZAL-la oyunda da iştirak edə bilərdi. Yaxşı futbolçudu və onun gələcəyinə də inanıram. O, Avropada öz sözünü deyəcək.
- Mirça Rednikin “Xəzər Lənkəran”dan getməsi sizi sevindirdi?
- Bəlkə də inanmazsız, amma mən onun gedişinə sevinmədim. Hətta üzüldüm. Rednik “Xəzər Lənkəran”la “Neftçi” arasındakı oyunlar ətrafında ajiotajı artıran əsas simalardan idi. Əlbəttə, o, çox danışırdı. Şəxsən mən artıq turnir cədvəlinə əvvəlki kimi həyəcanla baxmıram. Çünki XL Redniksiz qalıb. Onun sayəsində məndə də əla motivasiya var idi. O, sanki bizi daha yaxşı oynamağa sövq edirdi.

- İlin ən yaxşısı kimi kimləri qeyd edərdiz?
- Oyunçu kimi bir neçə variant var. “Qarabağ”dan Rauf Əliyev möhtəşəm idi. O, həm klubunda, həm də yığmada ən yaxşılardan biri idi. Əfran İsmayılov da yaxşı idi. Rəşad Sadıqov da həmişəki kimi yüksəkdədi. Məşqçiyə gəlincə, bu, Qurban Qurbanovdu.