14 dekabr 2011 13:56
Neftçi Şəfada məşq edəcək
"Neftçi" "İnter" klubu ilə oyununun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün klubun bazasındakı meydançada məşq edib.
Sabah isə “flaqman” oyunun baş tutacağı "Şəfa" stadionunda hazırlıq keçəcək. Məlumatı klubun rəsmi saytı yayıb.
Xatırladaq ki, dekabrın 17-də Premyer Liqanın 17-ci turunda baş tutacaq "İnter" – "Neftçi" matçı saat 17:00-da başlanacaq.
