14 dekabr 2011 14:32
Barcelona məşqçiləri azərbaycanlı mütəxəssislərə dərs keçir (VİDEO)
Xəbər verdiyimiz kimi, Azərbaycanın "Qəbələ" və İspaniyanın "Barcelona" klubları arasında əməkdaşlığa start verilib. Azerisport.az xəbər verir ki, iki klub arasında imzalanan müqaviləyə daxil olunan məsələlərdən ilkinin reallaşdırılmasına başlanılıb. Belə ki, İspaniya təmsilçisinin məşqçiləri - Xosep Moratalla, Xavyer Aquado Kompanis və Karlos Martorell Qəbələdə seminarların keçirilməsinə start veriblər. "Barcelona"nın sabiq futbolçusu, UEFA-nın Pro kateqoriyalı məşqçisi Xosep Moratalla başçılığı ilə təşkil olunan seminarda "Qəbələ" Futbol Akademiyasının, əvəzedici heyətinin məşqçiləri və seleksiyaçı məşqçilər iştirak edirlər.
