14 dekabr 2011 15:36

“Biz Xəzər Lənkəranı Rednikə görə sevməmişik”

“Xəzər Lənkəran”ın “Caspian Ultra” fan-klubunun rəhbəri Tural Əlizadə azerisport.az saytına müsahibəsində komanda ətrafında baş verən son olaylara münasibətini açıqlayıb.
 
- Lənkəranlı azarkeşlərin klub rəhbərliyindən kəskin şəkildə narazı olduğu barədə deyilənlər doğrudu?
- Bəzi adamlar belə fikir formalaşdırırlar ki, azarkeşlər guya rəhbərlikdən inciyib. Biz Lənkəranda ən böyük fan-klubuq. 700-dən çox rəsmi üzvümüz var. Biz daim klubu dəstəkləmişik. Bəzi adamlar unudurlar ki, futbolu rəhbərlik oynamır.
 
- Yəni klub rəhbərliyinin baş məşqçi dəyişikliyindən razı qaldınız?
- Əgər rəhbərlik Redniklə yolları ayırmağa qərar verdisə, deməli belə lazım biliblər. Bizim işimiz komandaya dəstək olmaqdı. “Xəzər Lənkəran”a olan sevgimizə gəlincə, biz bu komandanı Rednikə görə sevməmişik. Biz bunu “Xəzər Lənkəran” olduğu, Lənkəranı təmsil etdiyinə görə sevmişik. Həyat bununla qurtarmır. “Xəzər Lənkəran” rumıniyalı mütəxəssisdən öncə də var idi, bundan sonra da olacaq.
 
- İstənilən halda Rednikcə belə sevgi hardan idi? Axı Ağasəlim Mircavadovla Rasim Kara heç belə sevgi qazana bilməmişdi...
- Onun oyundan kənar davranışları. O, səmimi insan idi. Azarkeşlərlə çox yaxşı münasibəti var idi. Onunla münasibətlər hətta “Neftçi”yə 0:5 hesablı məğlubiyyətdən sonra da demək olar ki, dəyişməmişdi. Başqa ölkədə tam fərqli ola bilərdi.
 
- Həmin məğlubiyyəti unuda bilmirsiz?
- Bu oyun artıq tarixdə qalıb. Neçə il idi biz onları udurduq. Qoy indi də onlar bir az sevinsinlər. Biz qabağa baxırıq. Hər şeyə rəğmən, komandamızı dəstəkləyəcəyik.
 
- Cüneyt Biçerin təyinatını necə qarşıladınız?
- Düzünü deyim ki, bu bizim üçün sürpriz oldu. Nə etmək olardı ki. Onu da dəstəkləməyə borcluyuq.
 
- Son dövrlər komandanın oyunlarına azarkeş axını azalmağa başlayıb...
- Bu, normaldı. Əminəm ki, bu mövsüm çempion məhz komandamız olacaq. Hələ öz rəqiblərimizə gücümüzü göstərəcəyik. Komandamızın belə çətin anında bütün azarkeşlərimizi bizə qoşulmağa çağırıram. Komandanı dəstəkləmək lazımdı, daha təxribatlara getmək yox.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.