14 dekabr 2011 15:54
Bakı və Xəzər Lənkəranın sabiq futbolçusu Braziliya klubunda
Azərbaycanda “Xəzər Lənkəran” və “Bakı” klublarının şərəfini qorumuş Junior Osvaldo Martins özünə yeni komanda tapıb. Azerisport.az xəbər verir ki, 29 yaşlı braziliyalı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.
Juninyo kimi tanınan futbolçu San Paulu ştatının çempionatında çıxış edən “AFE Ferrinha Locomotiva” klubuna keçib. “Dəmiryolçuların” şərəfini qoruyacaq Juninyo 2007-2010-cu illərdə “Xəzər Lənkəran”, 2010/2011-ci il mövsümündə “Bakı”nın formasını geymişdi.
