14 dekabr 2011 16:38
Emin Mahmudov: Yığma barədə düşünmürəm
Rusiyanın “Spartak” (Moskva) klubunun azərbaycanlı yarımmüdafiəçisi Emin Mahmudov yığma karyerası barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, hələ bu barədə qərar verməyə tələsmədiyini bildirib:
“Hələ hansı ölkənin yığmasında çıxış edəcəyimə qərar verməmişəm. Mən klubumda oynamıram. Buna görə heç yığma barədə də düşünmürəm. Azərbaycan tərəfdən maraq var. Onlar mənimlə danışmağa gəlmişdilər. Mənə Səmədov nümunəsini göstərdilər. Hansı ki, o vaxt Aleksandr hələ Rusiya yığmasına çağırılmamışdı. Mən isə hələ qərar vermək istəmədiyimi bildirdim. Əgər kimsə bunu pulla həll etməyi düşünürsə, bu, belə deyil. Mənim üçün hazırda oynamaq daha vacibdi, pul qazanmaq yox”. (sports.ru)