14 dekabr 2011 16:53
Yığmamızın sabiq baş məşqçisi ilin ən yaxşılarını seçməkdən imtina etdi
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev 2011-ci ilin ən yaxşı futbolçusu və məşqçisini müəyyənləşdirmək üçün təşkil olunan sorğuda iştirak etməyəcək. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Son zamanlar mən Azərbaycan çempionatının, kubokunun oyunlarına baxmıram. Buna görə də kimisə fərqləndirə bilmərəm. Bütövlükdə, elə bir futbolçu olmayıb ki, özünü meydanda parlaq şəkildə göstərə bilsin. Buna görə də onlardan hansınısa 2011-ci ilin ən yaxşısı hesab etmək də mümkünsüz görünür. Qoy bu dəfə mənsiz seçsinlər”.