14 dekabr 2011 17:18
Cüneyt Biçer: Xəzər Lənkəranın özünə gəlməsi üçün bircə qələbə yetər
“Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçer Premyer Liqanın 17-ci turunun “Kəpəz”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Gəncədə işimiz heç də asan olmayacaq. Demək olar ki, “Kəpəz” ev komandasıdı. Doğma divarlar arasında onlar bir qədər yaxşı oynayırlar. Bizim qarşımızda duran vəzifə bu səfər matçında qələbə qazanmaqdı. Bütün diqqətlərimiz qarşıdakı oyuna yönəlib. “Qara zolaq”dan çıxmaq üçün mütləq qələbə qazanmalıyıq. Fikrimcə, bircə qələbə özümüzə gəlmək üçün yetərli olar”.
