14 dekabr 2011 11:29
Vaqif Cavadov: Bunu AFFA-da da gözəl bilirlər
Rusiyanın “Volqa” klubunda çıxış edən Azərbaycan yığmasının cəzalı hücumçusu Vaqif Cavadov azerisport.az saytının suallarını cavablandırıb.
- “Volqa”nın son oyunlardakı zəif çıxışı nə ilə bağlıydı?
- Sadəcə uğur bizdən üz döndərib. Prinsipcə, pis oynamırıq, yaxşı futbol sərgiləyirik. Xeyli qol epizodu yaradırıq, qol vurmaq üçün hər şeyi edirik. Fikrimcə, hazırkı fasilə komandamızın ancaq xeyrinə işləyəcək. Bundan sonra artıq biz tam fərqli oynayacağıq.
- Sadəcə uğur bizdən üz döndərib. Prinsipcə, pis oynamırıq, yaxşı futbol sərgiləyirik. Xeyli qol epizodu yaradırıq, qol vurmaq üçün hər şeyi edirik. Fikrimcə, hazırkı fasilə komandamızın ancaq xeyrinə işləyəcək. Bundan sonra artıq biz tam fərqli oynayacağıq.
- Toplanış nə vaxt başlayacaq?
- Yanvarın 4-də Moskvada yığışacağıq. Ardından bizi Antalyada iki həftəlik toplanış gözləyir. Hazırlığın ikinci mərhələsi Kiprdə başlayacaq. Son toplanış da İspaniyada baş tutacaq. Bu toplanışlar komandamıza, oyunumuza təsirini göstərməlidi. Ümidvaram ki, “Volqa” öz şanslarından istifadə edə biləcək.
- Komandanızı dəyişməyi planlaşdırmırsız?
- Xeyr. Nijni Novqorodda məni hər şey qane edir. Gözəl, sakit şəhərdi. Sülsevər, mehriban insanları var.
- Yığma ilə münasibətlət hələ də gərgin olaraq qalır...
- Mən təəssüf edirəm ki, bəzi mətbuat orqanlarında haqqımda heç bir həqiqəti əks etdirməyən yazılar yazılır. Çünki əksəriyyət baş məşqçiylə aramda nə baş verdiyini bilmir?
- Nə baş vermişdi ki?
- Mən yığmada oynamaqdan imtina etməmişəm. Mən çox istərdim ki, AFFA haqqımda çıxardığı qərarı ləğv etsin.
- Mən yığmada oynamaqdan imtina etməmişəm. Mən çox istərdim ki, AFFA haqqımda çıxardığı qərarı ləğv etsin.
- Hətta o qərar dəyişsə də belə, Berti Foqts çətin ki, sizi yığmaya çağırsın...
- Bu, artıq onun işidi. Başlıca məsələ odu ki, insanlar mənim yığmadan imtina etmədiyimi başa düşsünlər. Əgər AFFA qərarı ləğv etsə, onda sadəcə Foqtsun sözü qalacaq.
- Atanız Fizuli Cavadov da bildirib ki, Foqtsla görüşmək istəyir...
- Bundan xəbərim yox idi. Mən belə görüşün əleyhinə deyiləm. Yığmaya görə mən hər şeyə hazıram. Bunu AFFA-da da gözəl bilirlər.
- Sizin məsələniz AFFA İcraiyyə Komitəsinin son iclasında da müzakirə olundu...
- Çoxları elə düşünür ki, İsgəndər Cavadov mənim əmim olduğu üçün haqqımda elə çıxış edib. Amma bu, belə deyil. O, keçmiş futbolçu kimi öz sözünü deyib. Kazbek Tuayevlə Ələkbər Məmmədova da dəstəklərinə görə təşəkkürümü bildirirəm.
- Flavinyonun yığmamıza cəlb olunması da hazırda əsas müzakirə mövzularındandı...
- Flavinyo yaxşı oyunçudu. Amma öz uşaqlarımıza diqqət yetirmək lazımdı. Azərbaycanda layiqli və güclü futbolçular var. Hansı ki, yığmaya çox gec-gec çağırılırlar. Milliləşən legionerlərdən daha çox faydalısı Aleksandr Çertoqanovdu. O, ümumiyyətlə bizim mentaliteti mənimsəyib. Flavinyonun yığmaya cəlb olunmasına isə dəymədiyini düşünürəm.
- Azərbaycanda 2011-ci ilin ən yaxşı futbolçusu və məşqçisi kimi kimləri qeyd edərdiz?
- Azərbaycanda 2011-ci ilin ən yaxşı futbolçusu və məşqçisi kimi kimləri qeyd edərdiz?
- Ən yaxşı məşqçi Qurban Qurbanov, ən yaxşı futbolçu Rauf Əliyevdi. Əlbəttə, ən yaxşı kimi “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Redniki də qeyd edə bilərdim. Amma o, artıq ölkəmizdə çalışmadığından, buna dəymir.
