15 dekabr 2011 00:05

Premyer Liqada zirvə döyüşü

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci turun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, bu turun oyunları üç gün ərzində keçiriləcək.
 
İlk oyun günündə iki görüş baş tutacaq. “Bakı” “Sumqayıt Şəhər”i, “Turan” “Qəbələ”ni qonaq edəcək. “Zolaqlılar” son oyunlarda qələbəyə həsrət qalıblar. Aleksandr Starkovun komandası bu uğursuzluğa autsayderlə görüşdə son qoymalıdı. Son turda “Kəpəz”i yenməklə sonuncu pillədən yaxa qurtaran Bernard Raabın yetirmələri ilə ən azı 1 xal qazanmağa çalışacaq.
 
“Turan” isə son uğursuzluqlar səbəbindən artıq turnir cədvəlinin sonuncu pilləsinə düşüb. Əsgər Abdullayevin komandası bu tur qazanacağı qələbə ilə zirzəmidən çıxa bilər. Lakin bu heç də asan olmayacaq. Əvvəla son olaylar səbəbindən komanda “Qəbələ”ni heç də Tovuzda yox, Şəmkirdə qəbul edəcək. İkincisi, Fatih Kavlakın komandası autsayderi yenməklə ilk altılıqdakı yerini möhkəmləndirməkdə maraqlıdı. Hər halda əsas və aparıcı oyunçularını itirən “Turan”ın güclü rəqibinə problem yaratması inandırıcı görünmür.
 
Üç qarşılaşma ikinci oyun günündə keçiriləcək. Son dövrlər heç də uğurlu və sabit çıxış edə bilməyən “Qarabağ” mövsümün sürpriz komandalarından olan “Rəvan”la görüşəcək. Son turda “Bakı”dan xal alan paytaxt klubu indi də ağdamlıları büdrətmək fikrindədi. Yeri gəlmişkən qeyd edək ki, ilk dövrədə Bakıda keçirilən oyunda “sarı-qırmızılar” “Qarabağ”ı son dəqiqədə vurduqları qolla qələbədən etmişdilər. Amma bu dəfə güman ki, meydan sahibləri belə bir xal itkisinin təkrarlanmasına yol verməyəcəklər. Çünki qarşılaşma Quzanlıda keçirildiyindən, doğma meydan amili də Qurban Qurbanovun yetirmələrinin tərəfində olacaq.
 
“Xəzər Lənkəran” səfərdə “Kəpəz”in qonağı olacaq. Lənkəran klubu yeni baş məşqçisi – Cüneyt Biçərlə ilk qələbəsini qazanmağa çalışacaq. Gəncə klubu isə son turdakı “Sumqayıt Şəhər” darmadağınını unutdurmağı hədəfləyib. Onlar üçün güclü rəqibdən alınacaq bir xal da uğur sayıla bilər. Amma meydan sahiblərinin bu görüşdə qələbə qazanmaqla böyük sürprizə imza atması da istisna olunmamalıdı.
 
AZAL isə evdə “Simurq”la münasibətlərinə aydınlıq gətirəcək. “Təyyarəçilər” son turda ölkə çempionu “Neftçi”dən 1:7 hesablı yenilginin şokundan hələ də ayılmayıb. Həmin məğlubiyyətin təsiri bu görüşdə də özünü göstərə bilər.  Hər halda meydan sahibləri istənilən hesablı qələbə və 3 xalla azarkeşləri qarşısında bəraət qazana bilər. Lakin Zaqatala klubu da son dövrlər artırıb və aydın məsələdi ki, bakılılar üçün asan yem olmağa hazırlaşmır.
 
Turun son oyun günündə cəmi bir görüş keçiriləcək. Son çempion və hazırkı lider “Neftçi” əsas izləyicisi “İnter”i qəbul edəcək. Bu üzdən də sözügedən qarşılaşmanı mərkəzi oyun da saymaq olar. “Neftçi” zirvədəki mövqeyini möhkəmləndirmək üçün qələbə qazanmağa borcludu. Bu, həm də ilk dövrədəki məğlubiyyətin revanşı baxımından mühüm əhəmiyyət kəsb edir. “Bankirlər” isə bu dəfə də əsas rəqibinə qalib gəlməklə aradakı xal fərqini minimuma endirmək şansına malikdi. Əks halda liderlə aradakı xal fərqi daha da arta, yaxud indiki kimi qala bilər.
 
Premyer Liqa
17-ci tur
15 dekabr (cümə axşamı)
 
Bakı - Sumqayıt Şəhər
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Alik Yunusov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionu. Saat 14:00
 
Turan - Qəbələ
Hakimlər: Elnur Muradov, Samir Hacıyev, Knyaz Əmiraslanov, Rasim Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asif Namazov.
Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00
 
16 dekabr (cümə)
 
Qarabağ - Rəvan
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Coşqun Həsənov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Şahin Cəfərov.
Quzanlı. Qəsəbə stadionu. Saat 14:00.
 
Kəpəz - Xəzər Lənkəran
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Rahil Ramazanov, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Səfər Haşımov.
Gəncə. Şəhər stadionu. Saat 14:00.
 
AZAL - Simurq
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Zeynal Zeynalov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Bakı. AZAL Arena. Saat 16:00.
 
17 dekabr (şənbə)
 
İnter - Neftçi
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Rza Məmmədov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. "Şəfa" stadionu. Saat 17:00.
 
 
1
Neftçi
16
11
1
4
34-14
34
2
İnter
16
8
6
2
13-8
30
3
Xəzər Lənkəran
16
8
5
3
20-16
29
4
Bakı
16
7
5
4
22-13
26
5
Qarabağ
16
7
4
5
18-14
25
6
Qəbələ
16
6
4
6
17-19
22
7
AZAL
16
5
5
6
20-24
20
8
Simurq
16
5
4
7
17-20
19
9
Rəvan
16
4
7
5
18-19
19
10
Kəpəz
16
4
4
8
20-28
16
11
Sumqayıt Şəhər
16
3
3
10
12-22
12
12
Turan
16
3
2
11
10-24
11
 
Bombardirlər:
10 - Bahodir Nasimov (Neftçi)
7 - Robertas Poşkus (Simurq)
6 - Uinston Parks (Bakı), Tales Şütz (AZAL), Flavinyo (Neftçi).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.