14 dekabr 2011 00:15

“Berti Foqts mənə heç kimin demədiyi bəzi iradları bildirdi”

Futbol üzrə gənclərdən ibarət yığmamızın, eləcə də Rusiyanın “Volqa” klubunun əvəzedici komandasının üzvü Şamil Qurbanov müsahibəsində Azərbaycanın əsas yığmasının heyətinə dəvət olunmasından, eləcə də millimizdən danışıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- Qısa zamanda Azərbaycanın U-19 yığmasından əsas millisinədək irəliləyə bildiniz...
- Hesab edirəm ki, bütün bunlar ilk növbədə “Volqa”nın əvəzedici heyətində göstərdiyim oyunun nəticəsidi. Maqomed Adiyevin rəhbərliyi altında son bir ildə daha yaxşı çıxış etməyə başladım.
 
- Azərbaycan millisinə dəvəti sizin üçün ilin əsas futbol uğuru saymaq olar?
- Bütövlükdə, özüm üçün ilin yekunlarından tam razı deyiləm. Klubda daha yaxşı oynaya bilərdim. Amma yığmaya dəvət olunmağımı müsbət nəticələrdən biri saya bilərəm. Orda mənim gələcəyim üçün yaxşı plan verdilər.
 
- Bu dəvət sənin üçün nə dərəcədə gözlənilməz oldu?
- Hələ gənclərdən ibarət yığmada olarkən eşitmişdim ki, özlərini yaxşı tərəfdən göstərə bilən futbolçular əsas milliyə dəvət alacaqlar. Sonradan mənə Azərbaycan yığmasının administratoru zəng etdi. Bildirdi ki, baş məşqçi Berti Foqts məni sərəncamında görmək istəyir. Mən də öz növbəmdə Adiyevlə danışdım. O, məni təbrik etdi. Komanda yoldaşlarım da məni təbrik etdilər. İstənilən halda əsas komandaya dəvət təlim-məşq toplanışına da olsa, irəliyə doğru addımdı.
 
- Azərbaycan yığması ilə bağlı təəssüratların necədi?
- Toplanış Bakıda baş tutdu. AFFA-ya yaxın bazada məskunlaşmışdıq. İnfrastruktur yaxşı təəssürat oyatdı. Komandanın yaxşı personalı var: məşqçilər, həkimlər, administratorlar. Yığmada məni yaxşı qarşıladılar. Uşaqların bəziləri ilə artıq öncədən tanış idim. Foqts hələ toplanışın əvvəlində bizə bildirdi ki, kimləri ki, dəvət edib, onların hamısına özlərini göstərmək şansı yaradacaq. Əsas heyətin oyunçularının çoxu düşərgədə deyildi. Çünki hazırda Azərbaycan çempionatı davam edir. Bir çox klublar futbolçularını toplanışa göndərməmişdilər.
 
- Foqtsun rəhbərliyi altında işləmək necə idi?
- Etiraf edim ki, baş məşqçi məni təsirləndirdi. O, bizimlə çox danışdı. Heç nəyi gizlətmirdi. Onunla daha çox söhbətləşməyə şad olardım. Axı Foqtsun keçmişi əla futbolçu olub. O, yaxşı məsləhətlər verir. Onun əsas sözü o oldu ki, futbolçu daim öz üzərində işləməlidi və heç vaxt özündən razı qalmamalıdı. Gənclərə deyirdi ki, pulu unudun və məşq edin. Əsas və ya əvəzedici heyətdə oynamağın fərqi yoxdu, başlıcası oynamaqdı. Onun rəhbərliyi altında çalışmaq mənə çox xoş idi.
 
- Şəxsən sənə nəsə məsləhəti oldu?
- Bəli, onunla tərcüməçisi vasitəsilə söhbətim oldu. Oynadığım komanda ilə maraqlandı, mövqeyimi soruşdu. Mənə bəzi iradlarını bildirdi. Hansı ki, Adiyev indiyə kimi heç vaxt bunları deməmişdi. Müdafiəçi üçün əsas vəzifə müdafiədi, daha sonra hücum. Mənə üzərimdə daim işləmək, işləmək, yenə işləmək lazımdı. Amma bütövlükdə oyunumdan razı qaldı. Özümü daha yaxşı tərəfdən göstərə bilərdim. Sadəcə, yorğunluq sözünü deyirdi. Həm fiziki, həm mənəvi.
 
- Oyun da keçirdiz?
- Bəli, Azərbaycan Premyer Liqasında çıxış edən “Sumqayıt Şəhər” klubu ilə qarşılaşdıq və uduzduq - 1:2. Yalnız görüşün sonlarında oyunumuz alınmağa başladı. Baş məşqçi mənə 90 dəqiqə meydanda olmaq imkanı yaratdı. Birinci hissədə daha çox müdafiəyə diqqət yetirirdim. Amma fasilədə Foqts bildirdi ki, məndən daha çox şey gözləyir. Ona görə də hücumlara da qoşulmağa başladım. Fikrimcə, imkanlarımdan aşağı səviyyədə çıxış etdim. Amma bu toplanış çox faydalı oldu, mənim üçün böyük təcrübə idi. Bundan sonra üzərimdə daha çox işləməyim lazımdı. Hələ 18 yaşım var. İndi əsas vəzifə oynamaqdı. Əlbəttə, çox istəyirəm ki, klubumun əsas heyətinə düşüm. Onlarla birgə daha yaxşı artıra bilərəm.
 
- Azərbaycan yığmasına yenidən çağırılmaq perspektivin necədi?
- Baş məşqçi şəxsən bununla bağlı mənə nəsə demədi. Amma bildiyimə görə, bu toplanışa çağırılanlardan 3-4-ü növbəti dəfə milliyə dəvət alacaq. Baxaq, görək necə olacaq. Növbəti toplanış yanvarda olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.