15 dekabr 2011 22:40

Millimiz Xorvatiyaya uduzdu, Ukrayna qələbə qazandı (YENİLƏNİB)

Bu gün futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək 5-ciu qrupunun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, dekabrın 18-dək davam edəcək yarışda Azərbaycan milli komandasının rəqibləri Ukrayna, Xorvatiya və Makedoniya yığmalarıdı.
 
Bakı İdman Sarayında keçiriləcək matçların hakimləri Stefan Kammerer (Almaniya), Karel Heniç (Çexiya), Gerd Bilois (Belçika) və Balazs Farkasdı (Macarıstan). Dairəvi sistemlə mübarizə aparan komandalar pley-off mərhələsinə 2 vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
 
İlk oyun günündə - dekabrın 15-də millimiz Xorvatiya, bir gün sonra Makedoniya və dekabrın 18-də Ukrayna yığmaları ilə qarşılaşacaq. Bu gün həm də Makedoniya və Ukrayna yığmaları öz aralarındakı münasibətlərə aydınlıq gətiriblər. Ukrayna əzmkar qələbəyə sevinib. Millimiz isə ilk oyunda gözlənilməz yenilgi ilə üzləşib.
 
Futzal
DÇ-2012-nin seçmə mərhələsi
5-ci qrup
 
15 dekabr
Ukrayna – Makedoniya - 2:1 (0:1)
Qollar: Miçevski, 3 (0:1), Ovsyannikov, 26 (1:1), Kordoba, 33 (2:1)
 
Azərbaycan – Xorvatiya - 1:3 (0:1)
Qollar: Qrçiç, 27 (0:1), Marinoviç, 33 (0:2), Borisov, 34 (1:2), Despotoviç, 39-pen. (1:3)
 
AZƏRBAYCAN: 1. Andrey Tveryankin, 4. Serjao, 5. Felipe, 8. Rizvan Fərzəliyev, 14. Vitali Borisov.
Ehtiyat oyunçular: 12. Marat Salyanski (k), 3. İlkin Hacıyev, 7. Rəcəb Fərəczadə, 9. Tyaqo, 11. Namiq Məmmədkərimov, 15. Rüfət Balakişiyev, 18. Jadder Dantas.
Baş məşqçi: Alesio da Silva.
XORVATİYA: 1. Yukiç (k), 3. Qrçiç, 4. Dulvat, 8. Marinoviç, 10. Novak.
Ehtiyat oyumçular: 2. Matoşeviç, 5. Despotoviç, 6. Babiç, 7. Yelovçiç, 11. Şuton, 12. Stoykiç, 13. Palavra.
Baş məşqçi: Mato Stankoviç.
 
Oyun başladı. Millimizə uğurlar arzulayırıq!
1. Qrçiçin zərbəsi qapıdan aralı keçir
1. Borisovun zərbəsi qapıdan aralı keçir
3. Komandamız kornerdən fərqlənə bilmir
8. Qrçiçin zərbəsi yenə qapıdan yan keçir
8. Fərəczadənin zərbəsi qapıdan azacıq yan keçir
9. Fərəczadənin qapıya zərbəsini rəqib qolkiper dəf edir
9. Korner zamanı Yukiç yenə qola imkan vermir
10. Dantasın zərbəsi qapıdan aralı keçir
12. Novakın zərbəsi dirəkdən dönür
12. Felipenin də zərbəsi tirdən qayıdır
13. Fərzəliyevin cərimə zərbəsi qapıdan azca aralı keçir
13. Borisov əla kombinasiyanı qolla tamamlamağa yaxın olsa da, son anda rəqib oyunçu topu kornerə çıxarır
14. Kornerdən fərqlənə bilmirik
15. Yelovçiçin zərbəsi qapıdan aralı keçir
17. Tyaqonun zərbəsi qapıdan aralı keçir
17. Tveryankin komandamızı real qoldan xilas edir
18. Jadder və Dantasın zərbələri rəqib oyunçulara dəyərək geri qayıdır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
22. Qrçiçin zərbəsi qapıdan aralı keçir
22. Borisov hesabı açmağa yaxın olsa da, Yukiç əla reaksiya göstərir
23. Borisovun zərbəsi qapıdan aralı keçir
23. Qrçiçin zərbəsi qapıdan yan keçir
23. Tyaqo hesabı açmaq şansını qaçırır
23. Dantasın zərbəsini qapıçı dəf edir
24. Fərəczadənin zərbəsi qapıdan aralı keçir
25. Felipenin zərbəsi qapı dirəyindən qayıdır
27. Serjaonun zərbəsi qəqiq deyil
27. Tyaqonun zərbəsini qapıçı dəf edir
27. Qrçiç hesabı açır - 0:1
28. Felipe sarı vərəqə alır
28. Despotoviçin zərbəsi qapıdan aralı keçir
28. Serjaonun zərbəsi qapıdan aralı keçir
32. Borisovun zərbəsi alınmır
32. Marinoviçin zərbəsi qapıdan yan keçir
33. Fərzəliyevin zərbəsini qapıçı tutur
33. Marinoviç əks-hücum zamanı komandamızı ikinci dəfə mərkəzə dəvət edir - 0:2
34. Tyaqonun zərbəsi alınmır
34. Borisov hesab arasındakı fərqi azaldır - 1:2
35. Despotoviçin zərbəsi alınmır
35. Marinoviçin zərbəsi qapıdan aralı keçir
37. Tveryankin komandamızı qoldan xilas edir
38. Tyaqonun zərbəsini qapıçı dəf edir
39. Despotoviç penaltini qola çevirir - 1:3
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.