15 dekabr 2011 13:48
“Azərbaycan yığması bir oyunçu ilə yaşamır”
Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Andrey Tveryankin DÇ-2012-nin seçmə mərhələsinin 5-ci qrupunun Bakıda baş tutacaq oyunları öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Bu gün seçmə mərhələyə start verilir. Rəqiblərimiz barədə nə bilirsiz?
- Ukrayna yığmasını onsuz da hamı yaxşı tanıyır. Onların necə güclü olduğunu da. Buna görə də mən yeni nəsə deyə bilmərəm. Xorvatiya da kifayət qədər güclü komandadı. Onların oyunlarına baxmışıq: sürətli oyun sərgiləyirlər. Bu yaxınlarda İranla qarşılaşmada qələbə qazanmaqla hansı gücə sahib olduqlarını nümayiş etdirdilər. Amma Makedoniya yığması barədə heç nə deyə bilmərəm. İndidən demək olar ki, ilk iki yerə üç real namizəd var.
- Ukrayna yığmasını onsuz da hamı yaxşı tanıyır. Onların necə güclü olduğunu da. Buna görə də mən yeni nəsə deyə bilmərəm. Xorvatiya da kifayət qədər güclü komandadı. Onların oyunlarına baxmışıq: sürətli oyun sərgiləyirlər. Bu yaxınlarda İranla qarşılaşmada qələbə qazanmaqla hansı gücə sahib olduqlarını nümayiş etdirdilər. Amma Makedoniya yığması barədə heç nə deyə bilmərəm. İndidən demək olar ki, ilk iki yerə üç real namizəd var.
- Ukrayna yəqin ki, AÇ-2010-dakı, eləcə də Bakıda keçirilən turnirdəki məğlubiyyətləri unutmayıb...
- Hadisələri qabaqlamaq istəməzdim. Bizə öncə birinci oyunu düşünmək lazımdı. Xorvatiya asan rəqiblərdən deyil. Əgər indidən Ukraynanı düşünsək, digər oyunlarda uğur qazana bilmərik. İlk oyunu uduzub, ukraynalıları yensək, bu, bizə sadəcə 3 xaldan başqa heç nə verməyəcək. Əgər xorvatları yensək, makedoniyalılarla da görüşə yaxşı əhval-ruhiyyədə çıxmış olacağıq. Bu komandanı yendikdən sonra isə Ukrayna ilə həlledici oyuna bir qədər rahat çıxmaq olar.
- Moskva toplanışınızı necə qiymətləndirərdiz?
- Orda yoldaşlıq oyunları da keçirdik. Əlbəttə, nəticə həmişə önəmlidi. Amma baş məşqçi Joze Alesio həmin görüşlərdə qarşımıza qələbə qazanmaq hədəfi qoymamışdı. Sadəcə, öz oyun sxemimizi müəyyənləşdirmək, yenilərin uyğunlaşmasına nail olmaq idi. Odu ki, yoldaşlıq görüşlərindəki məğlubiyyətlər heç nədən xəbər vermir. Yeni oyunçularımıza gəlincə, Jadder artıq yarım ildi “Araz”da çıxış edir. Azərbaycanlı oyunçuları da hamımız yaxşı tanıyırıq. Bəzi oyunçular zəif çıxış edirlər. Bu da yəqin ki, psixoloji təzyiqlə bağlıdı. Klubda onlar bir qədər daha inamlı təsir bağışlayırlar.
- Oyunların Bakıda keçirilməsi yığmamız üçün müsbət, ya mənfi amildi? Axı azarkeşlərimiz komandadan ancaq qələbə tələb edəcəklər...
- Hərə bunu bir cür qəbul edir. Kimisə azarkeşlərin irəli səsləməsi həvəsləndirir, kimisə sakitlikdə oynamaq. Amma məncə, peşəkar oyunçu istənilən şəraitdə meydana çıxıb öz işini görməlidi. Əlbəttə, azarkeşlərin gözü önündə çıxış etmək daha məsuliyyətlidi.
- Ukrayna mətbuatının iddiasına görə Maşado Nilson olmayanda, Serjao o qədər də uğurlu çıxış etmir...
- Hə, Biro Jade zədələndiyi üçün Serjao onsuz oynamalı olacaq. Hamımız oynayacağıq. Bu, sadəcə əsas oyunçularımızdan birinin itkisidi. Yığma bir oyunçu ilə yaşamır. Heç kim əvəzolunmaz deyil. Axı bu, komanda idman növüdü. Hamımız qələbəyə oynayacağıq.
