15 dekabr 2011 15:56
SŞ Bakıya, Turan Qəbələyə 1 qolla uduzdu (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Liderlər qrupuna daha da yaxınlaşmağı hədəfləyən “Bakı” ötən tur zirzəmidən çıxmağı bacaran “Sumqayıt Şəhər”i qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib. Məhz Sumqayıt təmsilçisindən bir xal geridə qalan son pillənin sahibi “Turan” isə Şəmkirdə “Qəbələ” ilə qarşılaşıb. Bu görüşdə isə qonaqlar 1 qolla 3 xala sahib çıxıblar.
Premyer Liqa
17-ci tur
15 dekabr (cümə axşamı)
BAKI – SUMQAYIT ŞƏHƏR - 1:0 (0:0)
Qol: M.Verpakovski, 55 (1:0).
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Alik Yunusov.
Bakı. "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionu.
Oyun başladı
2. "Bakı" ilk dəqiqələrdən oyuna nəzarəti ələ alıb
3. Meydan sahiblərinin cərimə zərbəsini Popoviç zərərsizləşdirir
8. Qonaqlar da hücuma keçməyə çalışırlar
9. Samir Abasovun zərbəsi qeyri-dəqiq alınır
10. "Bakı"nın ilk kornerindən qol səsi çıxmır
16. "Bakı"nın təhlükəli cərimə zərbəsini Bates tamamlasa da, azacıq dəqiq oynamır
22. Xavyer Juniorun zərbəsi qapıdan azacıq yan keçir
26. R.Tağızadənin meydan sahiblərinin qapısına yol tapmaq cəhdi alınmır
30. Qonaqların cərimə zərbəsindən fərqlənmək istəyi alınmır
40. Verpakovski əla qol vəziyyətini boşa verir
44. SŞ inanılmaz qol epizodundan yararlana bilmir: M.Qurbanovun qapıçı ilə üz-üzə çıxardığı K.Nurəhmədov Şarliyanı da aldadır, amma zərbəsi dəqiq olmur
45. İlk yarının son dəqiqələrində qonaqlar "Bakı"ya çətin anlar yaşatmaqdadılar
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
45+1. "Bakı"nın korner vuruşu yenə qol gətirmir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. "Bakı" ikinci hissəyə də hücumlarla başlayıb, amma üstünlüyünü hesabda əks etdirə bilmir
51. C.Məhərrəmovun zərbəsi qapıdan aralı keçir
53. SŞ yaxşı hücum təşkil etsə də, son zərbə alınmır
54. T.İsrafilov sarı vərəqə alan ilk futbolçu olur
55. Cərimə zərbəsi zamanı Verpakovski başla topu tora qovuşdurur - 1:0
59. SŞ korneri boşa verir, "Bakı"nın əks-hücumu zamanı isə Parks ideal mövqedə olsa da, qapıya zərbə endirə bilmir
62. SŞ-ə Mahmudu Abdulla Abatsiyev əvəzləyir
63. "Bakı"nın korneri təhlükəli alınsa da, hər şey qonaqlar üçün yaxşı qurtarır
63. Eşqin Quliyevi Ruslan Nəsirli əvəzləyir
67. SŞ künc zərbsini yerinə yetirir. "Bakı"nın futbolçuları çətinliklə də olsa, təhlükəni sovuşdururlar. Təkrar korner isə uğursuz alınır
69. SŞ daha bir korneri boşa verir
71. Yenə SŞ, yenə korner, yenə uğursuzluq...
74. "Bakı"nın əla əks-hücumunu X.Junior son anda təhlükəli, amma azacıq dəqiqlik çatışmayan zərbəylə tamamlayır
75. M.Verpakovski yerini V.Boretə verir
78. N.Məmmədov sarı vərəqə ilə cəzalanır
81. R.Tağızadəni Orxan Həsənov əvəzləyir
85. X.Juniorun cərimə zərbəsi canlı səddən qayıdır
87. "Bakı"dan daha bir real qol vəziyyəti: yenə son anda Popoviç topu tutur
90. Matçın əsas vaxtına 2 dəqiqə əlavə olunur
90+1. K.Nurəhmədov sarı vərəqə alır
90+1. SŞ təhlükəli nöqtədən cərimə zərbəsi vurur: S.Abasovun zərbəsi qapıdan azacıq yan keçir
90+2. Jabanı E.Cəfərquliyev əvəzləyir
Matç başa çatdı
TURAN - QƏBƏLƏ - 0:1 (0:0)
Qol: Dodo, 67.
Hakimlər: Elnur Muradov, Samir Hacıyev, Knyaz Əmiraslanov, Rasim Məmmədov.
Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu.
Oyun başladı
Matçın ilk dəqiqələri daha çox meydanın mərkəzində keçir
S.Cehuanın zərbəsi dəqiq alınmır
Doroşev ardıcıl iki epizodda komandasını real qoldan xilas edir
"Turan" artıq oyuna nəzarəti ələ alıb
"Qəbələ" artıq bütün diqqəti müdafiəyə yönəltdiyindən hücum haqda təsadüfi hallarda düşünür
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Qazonun pis vəziyyətdə olması da komandaların baxımlı oyun sərgiləməsinə mane olur
Dodo yaxşı şansa malik olsa da, qol vura bilmir
Tağıyevin qonaqların qapısına zərbəsində dəqiqlik çatışmır
Dodo nəhayət ki, meydan sahiblərinin qapısına yol tapa bilir - 0:1
"Turan" çox təhlükəli hücum qursa da, hesabı bərabərləşdirə bilmir
Nodar Məmmədov qırmızı vərəqə alır
"Qəbələ" azlıqdan qaldıqdan sonra tam müdafiəyə çəkilib
Matç başa çatdı
Turun qalan görüşləri: 16 dekabr (cümə) - Qarabağ - Rəvan, Kəpəz - Xəzər Lənkəran, AZAL – Simurq; 17 dekabr (şənbə) - İnter – Neftçi.
|
1
|
Neftçi
|
16
|
11
|
1
|
4
|
34-14
|
34
|
|
2
|
İnter
|
16
|
8
|
6
|
2
|
13-8
|
30
|
|
3
|
Bakı
|
17
|
8
|
5
|
4
|
23-13
|
29
|
|
4
|
Xəzər Lənkəran
|
16
|
8
|
5
|
3
|
20-16
|
29
|
|
5
|
Qəbələ
|
17
|
7
|
4
|
6
|
18-19
|
25
|
|
6
|
Qarabağ
|
16
|
7
|
4
|
5
|
18-14
|
25
|
|
7
|
AZAL
|
16
|
5
|
5
|
6
|
20-24
|
20
|
|
8
|
Simurq
|
16
|
5
|
4
|
7
|
17-20
|
19
|
|
9
|
Rəvan
|
16
|
4
|
7
|
5
|
18-19
|
19
|
|
10
|
Kəpəz
|
16
|
4
|
4
|
8
|
20-28
|
16
|
|
11
|
Sumqayıt Şəhər
|
17
|
3
|
3
|
11
|
12-23
|
12
|
|
12
|
Turan
|
17
|
3
|
2
|
12
|
10-25
|
11
|
Bombardirlər:
10 - Bahodir Nasimov (Neftçi)
7 - Robertas Poşkus (Simurq)
6 - Uinston Parks (Bakı), Tales Şütz (AZAL), Flavinyo (Neftçi).
