16 dekabr 2011 17:50
Qarabağ 2, AZAL 5, XL 4 qolla qələbə qazandı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə üç görüş baş tutub.
Liderlər qrupundan aralanmamağa çalışan “Xəzər Lənkəran” səfərdə “Kəpəz”in qonağı olub. Kifayət qədər qollu alınan qarşılaşmada qonaqlar 3 xala sevinən tərəf olublar. Digər iddialılardan “Qarabağ” isə evdə bu mövsümün sürpriz komandası “Rəvan”la qarşılaşıb. Matçın sonlarında dubla imza atan Əfran İsmayılov ağdamlılara qələbə qazandırıb. Günün son matçında isə AZAL “Simurq”la dueldə sonuncu turun “Neftçi”yə məğlubiyyətini (1:7) unutdurmağa çalışıb. Onlar buna parlaq qələbə ilə nail olublar.
Premyer Liqa
17-ci tur
16 dekabr (cümə)
QARABAĞ - RƏVAN - 2:0 (0:0)
Qollar: Ə.İsmayılov, 72 (1:0), Ə.İsmayılov, 76-pen (2:0).
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Coşqun Həsənov, Hacıəli Ağayev.
Quzanlı. Qəsəbə stadionu.
KƏPƏZ - XƏZƏR LƏNKƏRAN - 1:4 (1:2)
Qollar: A.Semedo, 1 (0:1), D.Parxaçov, 7 (1:1), B.Subaşiç, 44 (1:2), J.Vobay, 65 (1:3), Zahid Quliyev, 90 (1:4)
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Rahil Ramazanov, Rövşən Əhmədov.
Gəncə. Şəhər stadionu.
AZAL - SİMURQ - 5:1 (2:0)
Qollar: E.Məmmədov, 16 (1:0), Benuahi, 19-pen (2:0), T.Şütz, 49 (3:0), T.Şütz, 53 (4:0), R.Poşkus, 68 (4:1), G.Boqyu, 90+1 (5:1).
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Zeynal Zeynalov, Rəhim Həsənov.
Bakı. AZAL Arena.
Turun iki oyunu ötən gün keçirilmişdi: Bakı - Sumqayıt Şəhər - 1:0, Turan - Qəbələ - 0:1. Bir görüş isə sabah baş tutacaq: İnter – Neftçi.
|
1
|
Neftçi
|
16
|
11
|
1
|
4
|
34-14
|
34
|
|
2
|
Xəzər Lənkəran
|
17
|
9
|
5
|
3
|
24-17
|
32
|
|
3
|
İnter
|
16
|
8
|
6
|
2
|
13-8
|
30
|
|
4
|
Bakı
|
17
|
8
|
5
|
4
|
23-13
|
29
|
|
5
|
Qarabağ
|
17
|
8
|
4
|
5
|
20-14
|
28
|
|
6
|
Qəbələ
|
17
|
7
|
4
|
6
|
18-19
|
25
|
|
7
|
AZAL
|
17
|
6
|
5
|
6
|
25-25
|
23
|
|
8
|
Simurq
|
17
|
5
|
4
|
8
|
18-25
|
19
|
|
9
|
Rəvan
|
17
|
4
|
7
|
6
|
18-21
|
19
|
|
10
|
Kəpəz
|
17
|
4
|
4
|
9
|
21-32
|
16
|
|
11
|
Sumqayıt Şəhər
|
17
|
3
|
3
|
11
|
12-23
|
12
|
|
12
|
Turan
|
17
|
3
|
2
|
12
|
10-25
|
11
|
Bombardirlər:
10 - Bahodir Nasimov (Neftçi)
8 - Tales Şütz (AZAL), Robertas Poşkus (Simurq)
6 - Uinston Parks (Bakı), Flavinyo (Neftçi), Dodo (Qəbələ).
