15 dekabr 2011 15:14
Turanın aqibətinə Spartakla oyundan sonra aydınlıq gələcək
Dekabrın 27-də “Turan” beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, Azərbaycan klubu Gürcüstan təmsilçisi “Spartak”la üz-üzə gələcək.
Məhz Sxinvalini təmsil edən komandayla görüşdən sonra Tovuz klubunun gələcək aqibətinə aydınlıq gələcək. Belə ki, “Turan”ın prezidenti həmin oyundan sonra komandanın baş məşqçisi Əsgər Abdullayevlə görüş keçirməlidi. Həmin görüşdə də hazırda heç də yaxşı günlərini yaşamayan klubla bağlı müəyyən qərarlarına verilməsi gözlənilir.
Qeyd edək ki, “Turan”ın ağır maliyyə durumu komandanın 10-dan çox aparıcı futbolçusunun klubla yollarını ayırmasına gətirib çıxarıb və Tovuz təmsilçisi əvəzedici heyətin ümidinə qalıb.
