17 dekabr 2011 18:50
İnterlə Neftçi də bacarmadı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə cəmi bir görüş baş tutub.
Özü də bu görüş turun mərkəzi qarşılaşması hesab olunurdu. Belə ki, son ölkə çempionu, hazırkı lider “Neftçi” əsas izləyicilərindən “İnter”in qonağı idi. Görüşdə hesabı qonaqlar açsalar da, fasilədən sonra iki dəfə fərqlənən meydan sahibləri əzmkar qələbə qazanmağı bacarıblar. Nəticədə, "bankirlər"in məğlubiyyətsiz oyunlar seriyası davam edərkən, "Neftçi"nin qış çempionluğunu rəsmiləşdirmək istəyi də alınmayıb.
Premyer Liqa
17-ci tur
17 dekabr (şənbə)
İNTER - NEFTÇİ - 2:1 (0:1)
Qollar: R.Abdullayev, 41 (0:1), B.Tsxadadze, 64 (1:1), İ.Kandelaki, 70 (2:1)
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Rza Məmmədov, İnqilab Məmmədov.
Bakı. "Şəfa" stadionu.
Oyun başladı
2. C.Hüseynovun ötürməsini V.Levin meydandan çıxarır, qonaqların korneri uğursuz alınır
5. Qarşılaşma sürətli başlasa da, hələ ki, hər şey meydanın mərkəzində cərəyan edir
5. B.Nasimovun cinahdan ötürməsinə çatan olmur
7. "Neftçi"nin daha bir korneri uğursuzluqla başa çatır
10. Samir Zərgərov cərimə meydançasında əla ötürmə alsa da, qapıya zərbə endirməsinə imkan vermirlər
12. Qonaqların pressini rəqib qapısı qarşısında təhlükə yaratsa da, son anda hər şey meydan sahibləri üçün yaxşı qurtardı
12. "Bankirlər"in hücumunu S.Stamenkoviç zərərsizləşdirir
13. Meydan sahiblərinin ilk korneri qol gətirmir
15. İ.Kandelakinin ötürməsindən sonra S.Zərgərov qapıya zərbə endirsə də, S.Stamenkoviç topu meydandan çıxarır
16. Kornerdən yenə qol səsi çıxmır
20. S.Georgiyevskinin ara ötürməsindən sonra R.Abdullayev oyundan kənar vəziyyətə düşür
22. Müdafiəçinin səhvindən sonra B.Sxadadzenin zərbəsi kornerlə nəticələnir
23. Kornerdən sonra Zlatinov saxlamadan topu birbaşa qapıya ünvanlasa da, azacıq dəqiqlik çatışmır
25. "Neftçi"nin təhlükəli hücumunu C.Hüseynov qeyri-dəqiq zərbəylə tamamlayır
27. Flavinyo Abramidzeyə qarşı kobudluğa görə sarı vərəqə alan ilk futbolçu olur
28. Cərimə zərbəsi zamanı P.Zlatinovun asmasından sonra İ.Niassenin topa dizlə toxunuşu S.Stamenkoviç üçün ciddi çətinlik yaratmır
30. S.Zərgərovun uzaqdan zərbəsi qapının üstündən keçir
30. Meydan sahibləri artıq üstünlüyü tam ələ alıb
31. "İnter" qonaqların müdafiəsini yarmağı bacarır: A.Məmmədov yaxın məsafədən qapıya zərbə endirsə də, S.Stamenkoviç yenə inanılmaz reaksiya göstərir. Təkrar zərbə cəhdi isə alınmır
35. P.Zlatinovun uzaqdan zərbəsini yenə S.Stamenkoviç geri qaytarır
37. R.Abdullayevlə S.Georgiyevski divar ötürmələriylə rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaratsa da, Rəşadın son zərbəsini Lomaya tutur
38. P.Zlatinovun uzaqdan zərbəsini S.Stamenkoviç tutur
40. "Neftçi"nin cərimə zərbəsini G.Lomaya zərərsizləşdirir
41. Qapıçı ilə üz-üzə qalan R.Abdullayevin ilk zərbəsini Lomaya qaytarsa da, o, təkrar baş zərbəsi ilə hesabı açır - 0:1
43. C.Hüseynovun zərbəsini G.Lomaya tutur
45. "İnter"in növbəti künc zərbəsindən fərqlənmək cəhdi də boşa çıxır
45. İlk yarıya bir dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. S.Zərgərovun uzaqdan zərbəsini qapıçı tutur
52. Qonaqların təhlükəli əks-hücumu zamanı Flavinyonun qapıya zərbə endirməsinə imkan vermirlər
54. Levinin geriyə ötürməsi zamanı B.Nasimov qapıçı ilə üz-üzə qaldı. Lomaya onu yıxdığı üçün sarı vərəqə alır və penaltiyə səbəb olur
55. Amma Nasimovun özünün vurduğu penaltini gürcü qapıçı kornerə çıxarır
55. Kornerdən isə heç nə çıxmır
59. "İnter"in kornerdən fərqlənmək istəyi alınmır
60. Meydan sahiblərinin təhlükəli hücumunu P.Zlatinov dəqiq zərbəylə tamamlaya bilmir
61. "İnter"də ilk əvəzləmə: N.Hacıyev R.Poladovun əvəzində meydana daxil olur
64. İlk dövrədə "Neftçi"nin qapısına vurulan yeganə qolun müəllifi B.Tsxadadze yenə fərqlənir. O, topu qəbul edib, qapıya effektli zərbə endirir - 1:1
67. B.Nasimovun əvəzində meydana E.Mpenza çıxır
69. P.Zlatinovun qüvvətli zərbəsi zamanı top dirəkdən qayıdır
70. S.Stamenkoviçin geri qaytardığı topu İlia Kandelaki təkrar zərbə ilə tora qovuşdurur - 2:1
72. S.Georgiyevski yerini Mirhüseyn Seyidova verir
75. P.Zlatinov sarı vərəqə alır
75. R.Abdullayev Xrappanı arxadan vurduğuna görə sarı vərəqə alır
75. Məhz buna etiraz edən "İnter"in baş məşqçisi K.Tsxadadze texniki zonadan kənarlaşdırılır
79. R.Abdullayevin cərimə zərbəsi canlı səddən qayıdır
79. "Neftçi"də son dəyişiklik: C.Hüseynovun əvəzində meydana Fərid Quliyev çıxır
81. A.Məmmədov Flavinyoya qarşı kobudluğa görə sarı vərəqə alır
83. B.Tsxadadze az qala qonaqların qapısına üçüncü qolu vuracaqdı: son anda S.Stamenkoviç zərbəni dəf etdi
85. B.Çervenka P.Zlatinovun yerinə meydana çıxır
86. "İnter"də son əvəzləmə: S.Zərgərov yerini Danildo Assioliyə verir
90. "Neftçi" bütün komandayla hücuma atılsa da, istəyinə çata bilmir
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+1. Flavinyonun uzaqdan zərbəsi qapıdan aralı keçir
Matç başa çatdı
Qeyd edək ki, turun digər oyunları əvvəlki günlərdə keçirilmişdi: Bakı - Sumqayıt Şəhər - 1:0, Turan - Qəbələ - 0:1, Qarabağ - Rəvan - 2:0, Kəpəz - Xəzər Lənkəran - 1:4, AZAL – Simurq - 5:1.
|
1
|
Neftçi
|
17
|
11
|
1
|
5
|
35-16
|
34
|
|
2
|
İnter
|
17
|
9
|
6
|
2
|
15-9
|
33
|
|
3
|
Xəzər Lənkəran
|
17
|
9
|
5
|
3
|
24-17
|
32
|
|
4
|
Bakı
|
17
|
8
|
5
|
4
|
23-13
|
29
|
|
5
|
Qarabağ
|
17
|
8
|
4
|
5
|
20-14
|
28
|
|
6
|
Qəbələ
|
17
|
7
|
4
|
6
|
18-19
|
25
|
|
7
|
AZAL
|
17
|
6
|
5
|
6
|
25-25
|
23
|
|
8
|
Simurq
|
17
|
5
|
4
|
8
|
18-25
|
19
|
|
9
|
Rəvan
|
17
|
4
|
7
|
6
|
18-21
|
19
|
|
10
|
Kəpəz
|
17
|
4
|
4
|
9
|
21-32
|
16
|
|
11
|
Sumqayıt Şəhər
|
17
|
3
|
3
|
11
|
12-23
|
12
|
|
12
|
Turan
|
17
|
3
|
2
|
12
|
10-25
|
11
|
Bombardirlər:
10 - Bahodir Nasimov (Neftçi)
8 - Tales Şütz (AZAL), Robertas Poşkus (Simurq)
6 - Uinston Parks (Bakı), Flavinyo (Neftçi), Dodo (Qəbələ).
