15 dekabr 2011 16:28
Bernard Raab hakimlikdən şikayətləndi
"Sumqayıt Şəhər"in baş məşqçisi Bernard Raab Premyer Liqanın 17-ci turunun "Bakı" ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Sumqayıt klubunun almaniyalı çalışdırıcısı komandasının 0:1 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gəririb:
“Komandam pis oynamadı. Hücumlar qururduq. Sadəcə, son ötürmələrimiz alınmırdı. İndiyə qədər deməmişdim. Amma bu gün artıq deyəcəm: hakimlər hər oyunda bizə mane olurlar. Şikayət edəcəyikmi? Xeyr. Sadəcə, bunu sizlərin hüzurunda demək istədim”.
