15 dekabr 2011 16:34
“Böyük hesabla da qələbə qazana bilərdik”
"Bakı"nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 17-ci turunun "Sumqayıt Şəhər"lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun latviyalı çalışdırıcısı komandasının 1:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gəririb:
“Orta sahədə bir neçə itkimizin olmasına baxmayaraq, pis oynamırıq. Bu günkü oyunda da kifayət qədər qol epizodlarımız oldu. Böyük hesabla da qələbə qazana bilərdik. Mən şadam ki, bu günkü oyunda qələbə qazana bildik. Çünki rəqibimiz bütün komandaları özü ilə hesablaşmağa vadar edə bilən kollektiv idi”.
